Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Sabirabad rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, tikinti-quraşdırma işləri 218,2 dəfə artmış, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, “ASAN xidmət” mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 13 mindən çox yeni iş yeri açılmış, Sabirabad şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, yetmiş altı min nəfər əhalinin yaşadığı 40 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 133 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sabirabadda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 sentyabr 2016-cı il.

20 Sentyabr 2016, 09:09

http://www.azertag.net

4591—4600 / 10511

20 Noyabr 2017, 09:11

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Ə.T.Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

16 Noyabr 2017, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

16 Noyabr 2017, 09:11

Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə   ətraflı...