Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü ABŞ-ın AJF&Associates İnc. Təşkilatı ilə birgə “exit-poll” keçirəcək qurum qeydə alınması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü ABŞ-ın AJF&Associates İnc. təşkilatı ilə birgə “exit-poll” keçirmək niyyətində olduqlarını bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir. Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə 2016-cı il avqustun 29-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşkilatın qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Beləliklə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə “exit-poll” keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Təqdim edilmiş sənədlər həmin Qaydaların tələblərinə cavab verdiyindən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.
İstinad edilən Qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən “exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və adı çəkilən Qaydaların 1-ci və 2.3-cü bəndlərinə əsasən qərara alır:
1. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü ABŞ-ın AJF&Associates İnc. təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək qurum kimi qeydə alınsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
8 Sentyabr 2016, 10:0919 Fevral 2016, 09:02
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
19 Fevral 2016, 09:02
Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
19 Fevral 2016, 09:02
Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
18 Fevral 2016, 09:02
Prezidentin Mətbuat Xidmətinin məlumatı ətraflı...
17 Fevral 2016, 10:02
“Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə ətraflı...
17 Fevral 2016, 10:02
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 98-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
17 Fevral 2016, 10:02
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 10:02
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 86-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
17 Fevral 2016, 10:02
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
17 Fevral 2016, 10:02
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 91-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...