Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 78
Bakı şəhəri, 13 mart 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1040; 2010, № 2, maddə 157, № 3, maddə 264, № 10, maddə 911; 2012, № 8, maddə 833) ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"3.1. Təhsilalanların aşağıdakı xərcləri dövlət tərəfindən maliyyə-ləşdirilir:
3.1.1. təhsil haqqı;
3.1.2. viza və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri;
3.1.3. yaşayış (yataqxana, gündəlik qidalanma, yerli nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları) xərcləri;
3.1.4. zəruri tədris ədəbiyyatı ilə təminat xərcləri;
3.1.5. tibbi sığorta xərcləri;
3.1.6. ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri.".
2. 3.5-ci və 3.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:
"3.5. Yaşayış xərclərinə təhsilalanların yataqxana, gündəlik qidalanma, yerli nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları aiddir və bu xərclər təhsilalanın ölkəyə daxil olduğu tarixdən etibarən, təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Təhsilalan təhsil aldığı ölkəyə daxil olduqdan sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, bakalavr səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay, magistratura səviyyəsi üzrə Böyük Britaniya - 12 ay, digər ölkələr - 10 ay, aspirantura, doktorantura, rezidentura səviyyələri üzrə - 12 ay üçün ödəmələr həyata keçirilir.
3.6. Təhsilalanın təhsil müddəti tədris ili ərzində daha böyük dövrü əhatə etdiyi təqdirdə, təhsilalanın əlavə müddət üçün yaşayış xərcləri xarici ölkənin ali məktəbləri, tərəfdaş qurumları və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və digər nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məlumatlara uyğun olaraq maliyyələşdirilir.".
3. Aşağıdakı məzmunda 3.6-1-ci, 3.6-2-ci, 3.6-3-cü və 3.6-4-cü bəndlər əlavə edilsin:
"3.6-1. Əlavə müddət üçün yaşayış xərcləri hesablanarkən, bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məktubda qeyd edilən tədris ilinin başa çatma tarixinə qədər olan müddət əsas götürülür. Bu zaman tədris ilinin sonuncu ayı üçün yaşayış xərcləri aidiyyəti ölkə üzrə aylıq yaşayış xərci normasının bir günə düşən məbləğini təhsil müddətinin müvafiq ay üzrə başa çatma tarixinə qədər olan günlərin sayına vurmaqla müəyyən edilir.
3.6-2. İxtisasartırma və yenidənhazırlanma səviyyələri üzrə təhsilalanların yaşayış xərcləri bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunan məlumatlar əsasında ödənilir.
3.6-3. Tərəfdaş qurumlarla bağlanan müqavilələr çərçivəsində təhsilalanların yaşayış xərcləri bu qurumların təqdim etdiyi məlumatlar əsasında ödənilir.
3.6-4. Təhsil müəssisəsində tədrisin başlama tarixinə nisbətən təhsilalan hər hansı səbəbə görə gec qeydiyyatdan keçdiyi təqdirdə, təhsilalanın yaşayış xərci üçün nəzərdə tutulmuş təqaüdün məbləği gecikmə müddətinə uyğun olaraq azaldılır.".
4. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"4.1. Təhsilalanların xaricdə təhsili ilə bağlı xərclər bu Qaydaların 3.6-cı bəndində göstərilən qurumlar tərəfindən verilən məlumatlar əsasında müəyyən edilir.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
18 Mart 2014, 14:03
14 Fevral 2014, 09:02
Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında ətraflı...
14 Fevral 2014, 09:02
Gəncə şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında ətraflı...
14 Fevral 2014, 09:02
Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında ətraflı...
14 Fevral 2014, 08:02
“Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
13 Fevral 2014, 08:02
Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
Azərbaycan Respublikası Energetika Nazirliyinin yaradılması iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 897-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
12 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi H.Ə.Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında ətraflı...
12 Fevral 2014, 09:02
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...