"Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar"ın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 73
Bakı şəhəri, 11 mart 2014-cü il
"Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar"ın təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmişdir
Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə
QAYDALAR
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi üzrə tikinti obyektlərinin layihə sənədlərinə olan ümumi tələbləri müəyyən edir.
1.2. Bu Qaydalar aşağıda göstərilən tikinti obyektlərinə şamil olunur:
1.2.1. mədəni və tarixi abidələr siyahısına daxil edilən bina və qurğulara (tikililərə), məbədlərə;
1.2.2. hündürlüyü üç mərtəbədən çox olmayan fərdi yaşayış və bağ evlərinə;
1.2.3. tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. bina və qurğunun xüsusi istilik mühafizə xarakteristikası - binanın istilik mühafizə örtüyünü xarakterizə edən binanın və qurğunun istilik mühafizə örtüyündən zaman vahidində, 1ºC temperatur fərqinə uyğun, isidilən həcm vahidinin istilik enerji itkilərinə bərabər olan fiziki kəmiyyət;
2.1.2. ümumi enerji xarakteristikası - isitmə dövründə ümumi istilik itkilərini nəzərə almaqla binanın və qurğunun isidilməsi və havalandırılması üçün istilik enerjisinin xüsusi sərfi;
2.1.3. bina və qurğunun enerji səmərəliliyi sinfi - istismar müddətində binanın səmərəliliyini xarakterizə edən və istismar olunan bina və qurğunun enerji istehlakının qənaətlilik səviyyəsi;
2.1.4. bina və qurğunun enerji pasportu - mövcud olan bina və qurğuların, həmçinin bina və qurğuların və onların qoruyucu konstruksiyalarının layihələrinin enerji, istilik texnikası və həndəsi xarakteristikalarının qeyd olunduğu sənəd;
2.1.5. enerji səmərəliliyi - enerji ehtiyatlarından istifadənin effektinin həmin effektin alınması məqsədi ilə istehsal olunmuş enerji resurslarının sərfinə nisbətini əks etdirən xarakteristika;
2.1.6. enerji resurslarına qənaət edilməsi - istifadə olunan enerji resursları həcminin azaldılmasına yönəldilmiş təşkilati, texniki, texnoloji, iqtisadi və digər tədbirlərin həyata keçirilməsi.
3. Enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyinin artırılması
3.1. Bina və qurğular elə layihələndirilib tikilməlidir ki, onların istismarı zamanı enerji resurslarının səmərəli istifadəsi təmin olunsun.
3.2. Bina və qurğuların layihə sənədləri işlənilərkən tələb olunan enerji səmərəliliyi sinfi, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyinin artırılması üzrə tələblər layihə tapşırığında göstərilir.
3.3. Bina və qurğuların layihəsində enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyinin artırılması üzrə bölmə nəzərdə tutulmalıdır.
3.4. Layihə sənədlərinin enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi üzrə bölməsində aşağıdakılar nəzərdə tutulur:
3.4.1. layihələndirilən bina və qurğunun ümumi enerji xarakteristikası;
3.4.2. bina və qurğunun enerji pasportu;
3.4.3. bina və qurğunun enerji səmərəliliyi sinfi;
3.4.4. enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyinin artırılmasına yönəldilmiş layihə həlləri haqqında məlumatlar, o cümlədən:
3.4.4.1. istilik ötürücülüyü müqavimətinin hesablanması ilə (şəffaf konstruksiyalardan başqa) qoruyucu konstruksiyaların texniki həlləri barədə məlumat, həmçinin Azərbaycan Respublikasının müvafiq normativ texniki sənədlərində qeyd olunan göstəricilərdən fərqlənən, tikinti materiallarının qəbul olunmuş hesabi istilik-fiziki göstəricilərini təsdiq edən istilik texnikası sınaqlarının keçirilməsi barədə protokollar və şəffaf konstruksiyalar üçün uyğunluq sertifikatları;
3.4.4.2. hesaba alınmış daxili havanın temperaturunu göstərməklə, aşağı mərtəbənin altında və yuxarı mərtəbənin üstündə qəbul olunmuş məkan növləri, yaşayış üçün istifadə olunan mansarda mərtəbələrinin, vestibüllərin isidilməsi və giriş qapılarının tamburlarının, lociyaların şüşələnməsi barədə;
3.4.4.3. qəbul olunmuş isitmə, havalandırma və kondisionerləşdirmə sistemləri, enerjidən səmərəli istifadə olunmasını təmin edən tənzimləmə və hesabaalma cihazları barədə məlumatlar;
3.4.4.4. binaların enerji səmərəliliyini artıran xüsusi üsullar, o cümlədən günəş enerjisinin passiv istifadə edilməsi üzrə qurğular, atılan havanın istiliyini utilizasiya edən sistemlər, soyuq zirzəmilərdən keçən istilik və isti su təchizatı borularının istilik izolyasiyası, istilik nasoslarının tətbiq olunması;
3.4.4.5. layihə həllərinin və enerji istehlakı sahəsində onların texniki-iqtisadi göstəricilərinin tikinti normalarının tələblərinə uyğunluğunun yoxlanılması.
3.5. Bu Qaydaların əlavəsindəki formaya uyğun olaraq binaların və qurğuların enerji pasportu enerji səmərəliliyinin xüsusi istilik göstəricisinin binanın qoruyucu konstruksiyalarının istilik mühafizə və xüsusi xarakteristikasının tikinti normaları ilə təyin olunmuş göstəricilərə uyğunluğunun təsdiq edilməsi üçün nəzərdə tutulmuşdur.
"Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar"a əlavə
Binanın enerji pasportunun tərtib olunma forması
1. Ümumi məlumatlar
1.1. Tərtib olunma tarixi (gün, ay, il). 1.2. Binaların ünvanı. 1.3. Layihəni hazırlayan şəxsin adı, soyadı, vəzifəsi. 1.4. Layihəni hazırlayan şəxsin ünvanı və telefonu. 1.5. Layihənin şifri. 1.6. Binanın təyinatı, seriyası. 1.7. Mərtəbələrin, seksiyaların sayı. 1.8. Mənzillərin sayı. 1.9. Sakinlərin və ya işçilərin sayı. 1.10. Tikinti sahəsində yerləşməsi (mövqeyi). 1.11. Konstruktiv həllər.
2. Hesabat şərtləri
3. Həndəsi göstəricilər
4. İstilik texniki göstəricilər
5. Köməkçi göstəricilər
6. Xüsusi xarakteristikalar
7. Əmsallar
8. Enerji səmərəliliyinin kompleks göstəriciləri
9. Binanın enerji yükləri
|
5 Mart 2014, 10:03
"Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 31 dekabr tarixli 718 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 14 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında ətraflı...
4 Mart 2014, 09:03
"Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında ətraflı...
4 Mart 2014, 09:03
"Tikinti layihəsinin texnologiya bölməsinin hazırlanması tələb olunan hallar"ın təsdiq edilməsi haqqında ətraflı...
4 Mart 2014, 09:03
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında ətraflı...
4 Mart 2014, 09:03
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
4 Mart 2014, 09:03
Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...