“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli 832 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli 832 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 126) aşağıdakı dəyişikliklər edilsin:

 

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” üzrə:

1.1. 2.3-cü və 3.4-cü bəndlərin on üçüncü cümləsində "tərəfində" sözü "səthində" sözü ilə əvəz edilsin;

1.2. 2.8-ci bənd üzrə:

1.2.1. ikinci cümlədə "qatlanan" sözü "dik" sözü ilə əvəz edilsin;

1.2.2. beşinci cümləyə "yarıqlıdır" sözündən sonra "(yalnız uzunqol köynəkdə)" sözləri əlavə edilsin;

1.2.3. onuncu cümlə çıxarılsın;

1.3. 2.17-ci və 3.19-cu bəndlərin beşinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir.";

1.4. 3.1.5-ci yarımbəndə "yaxası üçbucaq" sözlərindən sonra "şəkilli" sözü əlavə edilsin;

1.5. 3.1.6-cı yarımbəndə "yubka" sözündən sonra "və şalvar" sözləri əlavə edilsin;

1.6. 3.2-ci bəndə aşağıdakı məzmunda səkkizinci cümlə əlavə edilsin:

"Ali zabitlər üçün gödəkcənin qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir.";

1.7. 3.3-cü bənd üzrə:

1.7.1. birinci cümlədə "üç" sözü "dörd" sözü ilə əvəz edilsin;

1.7.2. aşağıdakı məzmunda on birinci cümlə əlavə edilsin:

"Ali zabitlər üçün plaşın qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir.";

1.8. 3.5-ci bəndin səkkizinci cümləsində "Yaxalığı dikdir, trikotajdandır" sözləri "Tikilmə dik yaxalıqlıdır" sözləri ilə əvəz edilsin;

1.9. 3.10-cu bəndin ikinci cümləsində "qatlanan" sözü "dik" sözü ilə əvəz edilsin;

1.10. aşağıdakı məzmunda 4.1.2-1-ci və 4.1.2-2-ci yarımbəndlər əlavə edilsin:

"4.1.2-1. qış gödəkcəsi - kamuflyaj edilmiş;

4.1.2-2. qış şalvarı - kamuflyaj edilmiş;";

1.11. 4.1.14-cü yarımbənd ləğv edilsin;

1.12. 4.2-ci bəndə aşağıdakı məzmunda səkkizinci cümlə əlavə edilsin:

"Gödəkcə kəmərsiz daşınır (şəkil 72-1, 72-2, 72-3, 72-4, 72-5, 72-6, 72-7, 72-8).";

1.13. aşağıdakı məzmunda 4.11-1-ci və 4.11-2-ci bəndlər əlavə edilsin:

"4.11-1. Qış gödəkcəsi kamuflyaj rəngli parçadan tikilir, dik yaxalıqlıdır. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Gödəkcə ətəyinə qədər astarlıdır, ətəyi rezinlidir. Kürəyi bütövdür. Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkcənin öz rəngində əlavə qat tikilmişdir. Qolları yarıqlı və manjetlidir, öz rəngində orta forma düyməsi ilə düymələnir. Gödəkcə bel kəmərsiz daşınır. Gödəkcənin sol qolunun xarici səthində dövlət mənsubiyyətini bildirən qara rəngli fərqlənmə qol nişanı tikilir. Gödəkcənin sağ döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçuların soyadı, inisialı və qan qrupu (rezus-faktor) göstərilən qara rəngli döş nişanı tikilir.

4.11-2. Qış şalvarı kamuflyaj rəngli parçadan tikilir, astarlıdır. Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj edilmiş parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır.";

1.14. 4.12-ci bənd üzrə:

1.14.1. birinci cümlədə "qatlanan" sözü "dik" sözü ilə əvəz edilsin;

1.14.2. üçüncü cümləyə "astarlıdır" sözündən sonra ", ətəyi rezinlidir" sözləri əlavə edilsin;

1.14.3. aşağıdakı məzmunda altıncı cümlə əlavə edilsin:

"Gödəkcə kamuflyaj edilmiş səhra bel kəmərsiz daşınır.";

1.15. 4.16-cı bənd ləğv edilsin;

1.16. 5.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

"Zabitlərin və gizirlərin poqonlarında onların hərbi rütbələrinə müvafiq olaraq qızılı (səhra geyim formasının poqonlarında - qara) rəngli səkkizguşəli ulduzlar yerləşdirilir. Xidmətin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında prokurorluğun müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. Xidmətin tibbi profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. Ulduzların guşələrindən biri poqonun yuxarı hissəsinə istiqamətləndirilir. Ulduzların ölçüsü onların ətrafına çəkilmiş xəyali çevrənin diametri ilə müəyyən olunur (şəkil 98-1, 98-2).";

1.17. 5.12-ci bəndin ikinci cümləsinə "Xidmətin bütün hərbi qulluqçularının" sözlərindən sonra "(Xidmət rəisi və ali zabitlər istisna olmaqla)" sözləri əlavə edilsin və həmin cümlədən ", demisezon gödəkcə" sözləri çıxarılsın.

2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının Təsvirləri"nin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9,10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 51, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 92, 93, 99, 100, 102, 103, 106 nömrəli şəkilləri yeniləri ilə əvəz edilsin və 72-1, 72-2, 72-3, 72-4, 72-5, 72-6, 72-7, 72-8, 98-1, 98-2 nömrəli şəkillər əlavə edilsin (əlavə olunur).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 sentyabr 2016-cı il.

5 Sentyabr 2016, 10:09

http://www.azertag.net

9911—9920 / 10511

5 İyun 2014, 15:06

Su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

5 İyun 2014, 15:06

Su təsərrüfatı və meliorasiya işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının tərkibi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin bəzi məsələləri haqqında   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 mart tarixli 37 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...