Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan seçki dairələrinin müəyyən edilməsinə dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və referendumun təşkili haqqında Təlimat”ına əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilər həmin Məcəllənin 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla seçki dairələri üzrə seçici siyahılarına daxil edilirlər. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi təqdim edir. Mərkəzi Seçki Komissiyası həmin məlumatlar əsasında prezident seçkiləri və referendumda göstərilən seçicilərin siyahıya alınması üçün müvafiq seçki dairələrinin siyahılarını təsdiq edir.

 

Ona görə də Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda seçicilərin sayı və təmsilçilik norması əsas götürülməklə, bu fəaliyyəti həyata keçirməli olan seçki dairələri müəyyən edilməli, Mərkəzi Seçki Komissiyasının oxşar münasibətləri hissəvi tənzimləyən müvafiq qərarı isə qüvvədən düşmüş hesab edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 29.2-ci, 35.6-cı və 47.4-cü maddələrinə əsasən qərara alır:

 

1. Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda, müvafiq seçki dairələri üzrə seçicilərin sayı və təmsilçilik norması əsas götürülərək, səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan aşağıdakı seçki dairələri müəyyən edilsin:

 

15 saylı Yasamal birinci

16 saylı Yasamal ikinci

17 saylı Yasamal üçüncü

 

2. Mərkəzi Seçki Komissiyasının oxşar münasibətləri tənzimləyən 30 iyun 2003-cü il tarixli 5/32 saylı Qərarı qüvvədən düşmüş hesab edilsin.

 

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

1 Sentyabr 2016, 09:09

http://www.azertag.net

4631—4640 / 10511

14 Noyabr 2017, 10:11

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında   ətraflı...

14 Noyabr 2017, 10:11

N.R.Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

14 Noyabr 2017, 10:11

Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında   ətraflı...

14 Noyabr 2017, 10:11

Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

14 Noyabr 2017, 10:11

Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

13 Noyabr 2017, 09:11

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

10 Noyabr 2017, 09:11

Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında   ətraflı...

10 Noyabr 2017, 09:11

Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasimin iştirakçılarına   ətraflı...

8 Noyabr 2017, 10:11

О присвоении почетных званий работникам нефтяной промышленности в Азербайджанской Республике   ətraflı...

8 Noyabr 2017, 10:11

О награждении работников нефтяной промышленности в Азербайджанской Республике   ətraflı...