"Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 71

Bakı şəhəri, 11 mart 2014-cü il

 "Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart  tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmişdir

Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi

QAYDALARI

1. Ümumi müddəa

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi qaydalarını müəyyən edir.

 2. Əsas müddəalar

2.1. Bina və ya qurğu elə layihələndirilib tikilməlidir ki, insanlar binalarda yaşadığı və ya qurğuda olduğu zaman təhlükəli radiasiya, fiziki, bioloji, kimyəvi və digər təsirlərə məruz qalmasın və aşağıdakı göstəricilər üzrə təhlükəsiz şərait təmin edilsin:

2.1.1. yaşayış, ictimai və istehsalat binalarının istiliklə təmin olunması;

2.1.2. yaşayış, ictimai və istehsalat binalarının havalandırılması;

2.1.3. otaqların təbii və süni işıqlandırılması;

2.1.4. yaşayış və ictimai binaların otaqlarının, istehsalat binaları və qurğularının işçi zonalarının səs - küydən mühafizəsi.

 3. Tikinti obyektlərinin istilik təchizatı, təbii və süni işıqlandırılması, havalandırılması və akustikası üzrə tələblər

3.1. Tikinti obyektlərinin istilik təchizatına dair tələblər:

3.1.1. bina və ya qurğunun layihə sənədlərində hüdudlayıcı konstruksiyaların xarakteristikalarının göstəriciləri müəyyən olunmalı və aşağıda qeyd edilən istilik-texniki xarakteristikalarının hesabi göstəricilərinin otaqda əlverişli sanitariya-gigiyena şəraitinin yaradılması məqsədi ilə tələb olunan göstəricilərə uyğun olmasını təmin edən konstruktiv həllər qəbul olunmalıdır:

3.1.1.1. bina və qurğunun hüdudlayıcı tikinti konstruksiyalarının istilik ötürməyə müqaviməti;

3.1.1.2. isitmə dövründə hüdudlayıcı tikinti konstruksiyalarının daxili səthindəki temperaturla bina daxilindəki havanın temperaturu arasındakı fərq;

3.1.1.3. ilin isti fəslində hüdudlayıcı tikinti konstruksiyalarının və ilin soyuq fəslində bina və ya qurğunun otaqlarının istiliyə dayanıqlılığı;

3.1.1.4. hüdudlayıcı tikinti konstruksiyalarının buxar keçiricilik müqaviməti;

3.1.1.5. hüdudlayıcı tikinti konstruksiyalarının hava keçiricilik müqaviməti;

3.1.1.6. döşəmələrin istilikmənimsəmə göstəricisi;

3.1.2. binanın və ya qurğunun layihə sənədlərində hüdudlayıcı tikinti konstruksiyalarının həddindən artıq nəmlənməsinin və onların səthinə suyun yığılmasının qarşısının alınması və onların uzunömürlülüyünün təmin edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır;

3.1.3. isitmə, havalandırma və kondisionerləşdirmə sistemləri və layihə sənədlərində onların işləmə rejimlərinə qoyulmuş tələblər, hüdudlayıcı konstruksiyaların istilik texnikası xarakteristikalarının qəbul olunmuş hesabi göstəricilərində otaqların aşağıda göstərilən mikroiqlim parametrlərinin ilin isti, soyuq və keçid dövrləri üçün tələb olunan göstəricilərə uyğunluğunu təmin etməlidir:

3.1.3.1. binanın və ya qurğunun daxilində havanın temperaturu;

3.1.3.2. yekunlaşdırıcı temperatur;

3.1.3.3. havanın hərəkət sürəti;

3.1.3.4. havanın nisbi rütubəti;

3.1.4. hesabi göstəricilər binaların və ya qurğuların təyinatını, insanların yaşayışını və fəaliyyətini nəzərə almaq şərtilə müəyyən edilir;

3.1.5. isitmə, havalandırma və kondisionerləşdirmə sistemlərinin texniki həllərində otaqların mikroiqlim parametrlərinin avtonom tənzimlənməsi imkanı nəzərdə tutulur;

3.1.6. binanın və ya qurğunun layihə sənədlərində il ərzində binanın və ya qurğunun daxili və xarici istismarı şəraitinin dəyişməsi zamanı isitmə sistemlərinin istilik və hidravlik dayanıqlılığının təmin olunması üçün texniki həllər nəzərdə tutulmalıdır .

3.2. Tikinti obyektlərinin havalandırma ilə təmin olunması üzrə tələblər:

3.2.1. layihə sənədlərində bina və ya qurğunun havalandırma sistemi ilə təchiz olunması nəzərdə tutulmalıdır. Layihə sənədlərində bina və ya qurğunun kondisionerləşdirmə sistemi ilə təchiz olunması nəzərdə tutula bilər. Ventilyasiya və kondisionerləşdirmə sistemləri otağa və ya istehsalat sahələrinin işçi zonasına verilən havada zərərli maddələrin miqdarının yol verilən qatılıq həddindən çox olmamasını təmin etməlidir;

3.2.2. otaqlarında insanların olması nəzərdə tutulmuş bina və ya qurğunun layihə sənədlərində aşağıda göstərilənlər üzrə tədbirlər nəzərdə tutulmalıdır:

3.2.2.1.atmosfer havasından otaqlara tozun, rütubətin, zərərli maddələrin və pis qoxunun daxil olmasının məhdudlaşdırılması;

3.2.2.2. havadan zərərli maddələrin vaxtında kənarlaşdırılması və havanın kimyəvi tərkibinin insan fəaliyyəti üçün əlverişli nisbətdə saxlanması məqsədi ilə kifayət edən hava mübadiləsinin təmin olunması;

3.2.2.3. insanların daimi olduğu otaqlara zərərli və pis qoxulu maddələrin kanalizasiya, isitmə, havalandırma, kondisionerləşdirmə sistemlərinin və qurğuların boru kəmərlərindən və texnoloji boru kəmərlərindən, o cümlədən daxili avtomobil dayanacaqlarından işlənmiş qazların daxil olmasının qarşısının alınması.

3.3. Tikinti obyektlərinin təbii və süni işıqlandırılması təminatı üzrə tələblər:

3.3.1. bina və qurğuların insanların daimi olduğu yerüstü mərtəbələrdə təbii və ya birləşdirilmiş, o cümlədən süni işıqlandırma, yeraltı mərtəbələrdə isə insan sağlamlığına dəyə biləcək zərərin qarşısını almaq üçün kifayət edən süni işıqlandırma ilə təmin olunmalıdır;

3.3.2. texnoloji proseslərin aparılması şərtləri ilə əlaqədar olaraq, təbii işıqlandırmanın quraşdırılması istisna olunan bina və qurğuların yerüstü mərtəbələri insan sağlamlığına dəyə biləcək zərərin qarşısını almaq üçün kifayət edən süni işıqlandırma ilə təmin olunmalıdır;

3.3.3. layihə tapşırığında nəzərdə tutulduğu hallarda layihə sənədlərində bina və ya qurğunun xarici işıqlandırılması nəzərdə tutulmalıdır.

3.4. Yaşayış və ictimai binaların otaqlarının və istehsalat bina və qurğularının işçi zonalarının səs-küydən mühafizə olunması üzrə tələblər:

3.4.1. bina və ya qurğunun ərazidə yerləşdirilməsi, tikinti konstruksiyalarının xarakteristikalarının layihə göstəriciləri, layihə sənədlərindəki mühəndis avadanlığın xarakteristikaları, yanaşı ərazilərin abadlaşdırılması üzrə nəzərdə tutulmuş tədbirlər insanları aşağıda qeyd olunanlardan mühafizə etməlidir:

3.4.1.1. xarici mənbələrin yaratdığı səs-küydən;

3.4.1.2. binanın və ya qurğunun digər otaqlarında yaranan səs- küydən;

3.4.1.3. zərbə səs-küyündən;

3.4.1.4. avadanlığın yaratdığı səs-küydən;

3.4.1.5. əks-səda kəsildikdən sonra otaqda həddindən artıq davam edən səs-küydən;

3.4.2. ərazidə səs-küyün mənbəyi ola biləcək layihələndirilən bina və qurğularda səs-küyün azaldılması üzrə tədbirlər nəzərdə tutulmalıdır;

3.4.3. səs-küydən mühafizə təmin olunmalıdır:

3.4.3.1. yaşayış, ictimai və istehsalat binalarının otaqlarında;

3.4.3.2. bina və ya qurğunun tikintisinin və istismarının həyata keçirilməsi nəzərdə tutulan ərazinin sərhədlərində;

3.4.4. ərazidə tikinti və tikinti-bərpa işlərinin aparılması hallarında səs-küylə müşayiət olunan proseslər adi günlərdə saat 9.00-dan 18.00-dək, bazar və bayram günlərində isə saat 10.00-dan 14.00-dək aparılmalıdır.

 

 

 

18 Mart 2014, 12:03

http://cabmin.gov.az/

4251—4260 / 10511

18 Yanvar 2018, 09:01

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

18 Yanvar 2018, 09:01

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında   ətraflı...

15 Yanvar 2018, 09:01

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin STRUKTURU   ətraflı...

15 Yanvar 2018, 09:01

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında ƏSASNAMƏ   ətraflı...

15 Yanvar 2018, 09:01

Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında   ətraflı...

15 Yanvar 2018, 09:01

Ə.M.Abıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

12 Yanvar 2018, 10:01

Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

12 Yanvar 2018, 10:01

“Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

12 Yanvar 2018, 10:01

“Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 215 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

12 Yanvar 2018, 10:01

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 949-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...