2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Respublika” referendum üzrə təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) 2 mindən çox təşəbbüsçü “Respublika” adlı referendum üzrə təşviqat qrupunun yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı bildiriş təqdim etmişdir.

 

Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və digər sənədlər 2016-cı il avqustun 22-də təşəbbüsçülərin səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Belə ki, işçi qrupu tərəfindən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 26 avqust 2016-cı il tarixli Protokol və həmin tarixli rəylərdən görünür ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, referendum üzrə təşviqat qrupunda üzvlüyə razılığa dair 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı qrupun qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olmuşdur.

Seçki Məcəlləsinin 68.2.3-cü maddəsinə əsasən, referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş etibarlı seçici imzalarının sayı lazımi saydan az olarsa təşviqat qrupunun qeydə alınmasından imtina edilir.

Seçki Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, müvafiq seçki komissiyası imza vərəqələrini və referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində referendum üzrə təşviqat qrupunun qeydə alınması və ya onun qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 63-cü, 65-ci, 66-cı, 67-ci və 68-ci maddələrinə əsasən qərara alır:

1. 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Respublika” referendum üzrə təşviqat qrupunun qeydə alınmasından imtina edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

29 Avqust 2016, 09:08

http://www.azertag.net

9781—9790 / 10511

9 İyul 2014, 09:07

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

9 İyul 2014, 09:07

Azərbaycan Respublikasının Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

9 İyul 2014, 09:07

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Xorvatiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə   ətraflı...

9 İyul 2014, 09:07

“Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə”Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

9 İyul 2014, 09:07

“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

9 İyul 2014, 09:07

Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması haqqında Layihə Sənədinin təsdiq edilməsi barədə   ətraflı...

9 İyul 2014, 09:07

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

9 İyul 2014, 09:07

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Moldova Respublikasının Maliyyə Nazirliyi yanında Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsindəəməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə   ətraflı...

9 İyul 2014, 09:07

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

9 İyul 2014, 09:07

“Azərbaycan Respublikasının Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...