2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” referendum üzrə təşviqat qrupu tərəfindən səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

 

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 64-cü maddələrinə əsasən qərara alır:

1. 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) aşağıdakı şəxslər “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

1.1. Səlahiyyətli nümayəndələr:

Hüseynov Hümbət Rəhim oğlu

Muradov Aydın Hacı oğlu

Paşayev Vüsal Əli oğlu

Quliyev Namiq İnqilab oğlu

Cabbarlı Sitarə Fərman qızı

Nuriyev Əbülfət Cəfər oğlu

Məmmədov Qoşqar Əjdər oğlu

Əhmədov Eldar Hüseyn oğlu

Abdullayev Coşqun Əli oğlu

Qaraxanov Nazim Şamxal oğlu

Muradov Kürdoğlu Barat oğlu

Məmmədova Aygül Azər qızı

Mustafayev Bağış Tapdıq oğlu

Əliyeva Aytac Pərviz qızı

İsmayılov Namizəd İsmayıl oğlu

Allahyarov Elman Ağa oğlu

Hacıyev Nəsib Muxtar oğlu

Həsənov Musa Süleyman oğlu

Məmmədova Günel Aydın qızı

Quluzadə Gülarə Knyaz qızı

Əliyeva Samirə Fərrux qızı

Muradov Pərviz Şahnəzər oğlu

Çələbiyev Nuralı Zərbalı oğlu

Zeynalov Famil Cəlal oğlu

Quliyev Kənan Filman oğlu

 

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Cəbrayılov Firdovsi İbadulla oğlu

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

 

 

29 Avqust 2016, 09:08

http://www.azertag.net

4861—4870 / 10511

24 Avqust 2017, 09:08

Ş.R.Əbilovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

24 Avqust 2017, 09:08

Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının STRUKTURU   ətraflı...

23 Avqust 2017, 09:08

Şəmkir şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında   ətraflı...

23 Avqust 2017, 09:08

Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

23 Avqust 2017, 09:08

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

23 Avqust 2017, 09:08

E.B.Həmidova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında   ətraflı...

23 Avqust 2017, 09:08

E.Q.Novruzova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

22 Avqust 2017, 09:08

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

22 Avqust 2017, 09:08

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

22 Avqust 2017, 09:08

“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...