2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxslər təyin edilmiş və onların qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 72-ci maddələrinə əsasən qərara alır:
1. 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) aşağıdakı şəxslər “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:
Abbasov Aqil Məhəmməd oğlu
Ağamalı Fəzail Rəhim oğlu
Alıyev Sahib Eyvaz oğlu
Bayramov Kamran Fərhad oğlu
Əliyev Bəxtiyar Həmzə oğlu
Əsgərli Asif Məmməd oğlu
Feyziyev Cavanşir Əyyub oğlu
Həsən-zadə Fəxrəddin Nazim oğlu
İbrahimli Fəzail Feyruz oğlu
Qasımlı Musa Cəfər oğlu
Qənizadə Çingiz Aşralı oğlu
Qurbanov Fərasət Şəkur oğlu
Mehdiyev Nurəddin Səftər oğlu
Məcidov Rəşad Museyib oğlu
Məmmədov Elman Camal oğlu
Mirzəzadə Rəna Rza qızı
Muradov Fuad Rauf oğlu
Musayev Elşən Məmmədhənifə oğlu
Nəsirov Elman Xudam oğlu
Niyazov Xalid Qüdrət oğlu
Nuriyev Əliməmməd Mali oğlu
Oruc Zahid Məhərrəm oğlu
Orucov İlqar Nəcibəddin oğlu
Rzayev Rövşən Şükür oğlu
Şahbazlı Fərid Tahir oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 Avqust 2016, 09:0810 Yanvar 2017, 10:01
Q.Ş.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
6 Yanvar 2017, 09:01
Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
5 Yanvar 2017, 10:01
Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair “Maliyyələşdirmə Sazişi”nin təsdiqi barədə ətraflı...
5 Yanvar 2017, 10:01
Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında ətraflı...
30 Dekabr 2016, 09:12
Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası ətraflı...
30 Dekabr 2016, 09:12
“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında ətraflı...
30 Dekabr 2016, 09:12
S.H.Hacıyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
30 Dekabr 2016, 09:12
“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
30 Dekabr 2016, 09:12
Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında ətraflı...
29 Dekabr 2016, 10:12
Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi ətraflı...