Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Cari ilin iyun-iyul aylarında Şəmkir rayonu ərazisində aramsız yağan leysan nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunda Zəyəmçay üzərindəki körpü qəzalı vəziyyətə düşmüşdür. Beynəlxalq yük və sərnişin daşımalarında xüsusi əhəmiyyətə malik olan yolun təxirəsalınmaz bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 2016-cı il.
19 Avqust 2016, 09:0815 Yanvar 2016, 09:01
“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
15 Yanvar 2016, 09:01
“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 61-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Yanvar 2016, 09:01
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
15 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 60-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
15 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 59-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
15 Yanvar 2016, 09:01
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
15 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 70-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Yanvar 2016, 09:01
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
15 Yanvar 2016, 09:01
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 93 VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Yanvar 2016, 09:01
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...