Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cari ilin iyun-iyul aylarında Şəmkir rayonu ərazisində aramsız yağan leysan nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunda Zəyəmçay üzərindəki körpü qəzalı vəziyyətə düşmüşdür. Beynəlxalq yük və sərnişin daşımalarında xüsusi əhəmiyyətə malik olan yolun təxirəsalınmaz bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 avqust 2016-cı il.

19 Avqust 2016, 09:08

http://www.azertag.net

5801—5810 / 10511

6 Fevral 2017, 09:02

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

6 Fevral 2017, 09:02

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 492-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

6 Fevral 2017, 09:02

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

6 Fevral 2017, 09:02

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 489-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

6 Fevral 2017, 09:02

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

6 Fevral 2017, 09:02

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 490-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

6 Fevral 2017, 09:02

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

6 Fevral 2017, 09:02

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 495-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

6 Fevral 2017, 09:02

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

6 Fevral 2017, 09:02

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 497-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...