Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdir. Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Yeddi min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 avqust 2016-cı il.

18 Avqust 2016, 09:08

http://www.azertag.net

7111—7120 / 10511

11 Mart 2016, 09:03

“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

11 Mart 2016, 09:03

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 149-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

11 Mart 2016, 09:03

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

11 Mart 2016, 09:03

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 151-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

11 Mart 2016, 09:03

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

11 Mart 2016, 09:03

“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 152-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

11 Mart 2016, 09:03

“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

11 Mart 2016, 09:03

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 154-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

11 Mart 2016, 09:03

"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

11 Mart 2016, 09:03

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 148-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...