Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdir. Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yeddi min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 avqust 2016-cı il.
18 Avqust 2016, 09:081 Dekabr 2016, 10:12
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 357-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 Dekabr 2016, 10:12
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
1 Dekabr 2016, 10:12
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 Dekabr 2016, 10:12
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
1 Dekabr 2016, 09:12
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 348-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 Dekabr 2016, 09:12
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
1 Dekabr 2016, 09:12
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 351 VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 Dekabr 2016, 09:12
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
1 Dekabr 2016, 09:12
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 350 VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
1 Dekabr 2016, 09:12
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...