İsmayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, kiçik su elektrik stansiyaları, Peşə Tədris Mərkəzi inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri sənaye, kənd təsərrüfatı və emal müəssisələri yaradılmış, 8 mindən çox yeni iş yeri açılmış, İsmayıllı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İsmayıllıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 26 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. İsmayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 avqust 2016-cı il.

12 Avqust 2016, 10:08

http://www.azertag.net

5011—5020 / 10511

17 İyul 2017, 10:07

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

17 İyul 2017, 09:07

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

17 İyul 2017, 09:07

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair   ətraflı...

17 İyul 2017, 09:07

“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

17 İyul 2017, 09:07

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

17 İyul 2017, 09:07

Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı   ətraflı...

17 İyul 2017, 09:07

"Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında   ətraflı...

14 İyul 2017, 10:07

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 716-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

14 İyul 2017, 10:07

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

14 İyul 2017, 10:07

“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 717-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...