“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 135-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə 1176; 2016, № 2 (II kitab), maddə 243, № 3, maddə 457) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissədə “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları” üzrə:
2.1. 2.3-cü bəndin dördüncü yarımbəndində, 3.2-ci bəndin ikinci cümləsində və 5.1-ci bəndin ikinci cümləsində “icra hakimiyyəti orqanları” sözləri “inzibati orqanlar” sözləri ilə əvəz edilsin;
2.2. 3.1-ci bəndin birinci cümləsində “icra hakimiyyəti orqanlarına” sözləri “inzibati orqanlara” sözləri ilə, 5.1-ci bəndin birinci cümləsində “icra hakimiyyəti orqanlarında” sözləri “inzibati orqanlarda” sözləri ilə əvəz edilsin;
2.3. 4.1-ci bəndin birinci yarımbəndində “icra hakimiyyəti orqanı” sözləri “inzibati orqan” sözləri ilə əvəz edilsin;
2.4. 5.2-ci və 5.4-cü bəndlərdə “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin;
2.5. 5.4-cü bənddən “(və ya)” sözləri çıxarılsın.
3. Həmin Fərmanla təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı” üzrə:
3.1. adında “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin;
3.2. “Daşınar əmlakın rəsmi reyestrlərini aparan icra hakimiyyəti orqanlarının adları” sütununun adında “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin;
3.3. 8-ci hissədə “Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 avqust 2016-cı il.
12 Avqust 2016, 10:0814 Sentyabr 2017, 09:09
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında ətraflı...
14 Sentyabr 2017, 09:09
İ.Aküzümün “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 10:09
Nghiem Vu Khaiyin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 10:09
Nguyen Vu Ha Lenin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 09:09
İ.İ.Mədətovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
12 Sentyabr 2017, 09:09
A.V.Lapşinin əfv edilməsi haqqında ətraflı...
11 Sentyabr 2017, 10:09
İ.D.Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
8 Sentyabr 2017, 09:09
M.H.Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
8 Sentyabr 2017, 09:09
Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokolun təsdiq edilməsi haqqında ətraflı...
7 Sentyabr 2017, 10:09
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin NİZAMNAMƏSİ ətraflı...