Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Xalqımızın mənəvi dəyərlərinə, tarixi-dini və mədəniyyət abidələrinə həssas münasibət müasir Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm prioritetlərindəndir. Son illərdə qədim dini abidələrin, ziyarətgahların bərpası ilə bağlı silsilə tədbirlər həyata keçirilmiş, dini-memarlıq incilərindən Bibiheybət və Əjdərbəy məscidləri, Şamaxı şəhərindəki Cümə məscidi Dövlət tarix-memarlıq abidəsi, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksi yenidən qurulmuş, Bakı şəhərində “Heydər Məscidi” kompleksi inşa edilmişdir. Ölkə müsəlmanlarının başlıca ibadət mərkəzi olan Təzəpir məscidində dövlətin dəstəyi ilə əsaslı yenidənqurma işləri aparılmışdır.
Bununla yanaşı, XX əsrin əvvəllərində Bakı şəhərinin mərkəzi hissəsində, əhalinin sıx məskunlaşdığı ərazidə inşa edilmiş Təzəpir məscidi ətrafındakı yol infrastrukturunun hazırda köhnəlməsi və bir çox tikililərin qəzalı vəziyyətə düşməsi nəticəsində məscid yaxınlığında nəqliyyat vasitələrinin və piyadaların normal hərəkəti məhdudlaşmışdır ki, bu da yerli sakinlərin narahatlığına səbəb olmuş, dindarlar tərəfindən məbədin istifadəsini və ölkəmizin qonaqlarının həmin abidəni ziyarət etməsini xeyli çətinləşdirmişdir.
Təzəpir məscidinin Azərbaycanın və ümumən Qafqazın mühüm dini mərkəzlərindən biri olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işlərinin həyata keçirilməsi üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 avqust 2016-cı il .
8 Avqust 2016, 09:0813 İyul 2016, 09:07
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 298-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
13 İyul 2016, 09:07
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
12 İyul 2016, 09:07
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi barədə ətraflı...
12 İyul 2016, 09:07
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
12 İyul 2016, 09:07
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
12 İyul 2016, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə ətraflı...
12 İyul 2016, 09:07
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
12 İyul 2016, 09:07
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
12 İyul 2016, 09:07
“Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
12 İyul 2016, 09:07
“Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...