“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Vergi orqanlarının yaranmasından ötən dövr ərzində aparılmış genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidmətinin formalaşdırılmasına nail olunmuşdur. Azərbaycan Respublikasında çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid qanunvericilik bazası yaradılmış və qabaqcıl ölkələrin vergi qanunvericiliyi ilə uzlaşdırılmışdır. Azərbaycanın vergi sistemi dünyanın qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 62 növ elektron xidmət göstərir.

 

Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi zəruridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi üç ay müddətində:

2.1. “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” nəzərə alınmaqla vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının, xüsusilə kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin;

2.3. vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin;

 

2.4. nümunəvi vergi ödəyicisi üçün meyarları müəyyən etsin, həmin vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığını sadələşdirsin və ünvanlı xidmətlərin əhatə dairəsini genişləndirsin;

2.5. vergi qanunvericiliyinə əməl edən nümunəvi vergi ödəyiciləri və vergi qanunvericiliyində mütəmadi olaraq nöqsanlara yol verən intizamsız vergi ödəyiciləri ilə bağlı məlumatları Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirərək ictimaiyyətə açıqlasın;

2.6. vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsini genişləndirsin və bu sahədə keçirilən vergi yoxlamalarının keyfiyyətini artırsın;

2.7. müasir standartlara uyğun olaraq vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” (geriyə - müştəriyə zəng xidməti) funksiyalarının tətbiqini təmin etsin;

2.8. real vergi potensialının düzgün müəyyən olunması, vergi nəzarətinin keyfiyyətinin artırılması və nəzarət tədbirlərində şəffaflığın təmin edilməsi məqsədilə informasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunmaqla risklərin avtomatik emal edilməsinə, təsnifləşdirilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risk qiymətləndirmə sistemini yaratsın;

2.9. borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və onların aid olduğu risk qrupundan asılı olaraq, borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsini və inzibatçılığın təkmilləşdirilməsini təmin etsin;

2.10. vergi orqanları ilə vergi ödəyicilərinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili məqsədilə vergi bəyannamələrinin formalarını təkmilləşdirsin;

2.11. vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının alınması, ASAN imzanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

4.1. üç ay müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə Vergilər Nazirliyinin fəaliyyətində səmərəliliyin artırılması və dövlət büdcəsindən yayındırılmış vergi borclarının alınması ilə bağlı icra olunmayan məhkəmə qərarlarının icrası məqsədilə qanunvericiliyin bu sahədə tələbini pozan şəxslər barəsində tədbirlərin daha operativ şəkildə həyata keçirilməsini, bununla bağlı icraat prosesinin sadələşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsini və icra olunmamış məhkəmə qərarlarının sayının azaldılması üçün daha çevik mexanizmlərin müəyyən edilməsini təmin etsin;

4.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 avqust 2016-cı il.

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 4 avqust tarixli Sərəncamı ilə

 

TƏSDİQ EDİLMİŞDİR

 2016-cı ildə vergi sahəsində aparılacaq

islahatların istiqamətləri

 

2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri aşağıdakılardır:

 

1. qanunvericiliyin tələblərinə əməl edilməklə, vergi ödəyicilərinin optimal gəlirliliyini təmin etmək və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi;

2. kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergitutma obyekti malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərq (ticarət əlavəsi) hesab edilərək, verginin həmin məbləğdən hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi;

3. topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi;

4. Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (“Tax free”) sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması;

5. beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən edilməsi;

6. vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha təkmil müstəviyə gətirmək, vergi öhdəliklərini daha dəqiq müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan “vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (“Advance tax ruling”) qaydasının müəyyən edilməsi;

7. kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz);

8. vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan ictimai məlumatlandırma (“Whistleblow”) mexanizminin hazırlanması;

9. vergi ödəyicilərinin vergi risklərini minimuma endirmək və vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan “Könüllü vergi açıqlaması” (“Voluntary tax disclosure”) sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanması;

10. ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını gücləndirmək və vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması;

11. beynəlxalq təcrübə nəzərə alınmaqla, vergi ödəyiciləri tərəfindən xərclərin süni şəkildə artırılması (transfer qiymətləndirmə) hallarını aradan qaldırmaq məqsədilə qanunvericilik bazasının yaradılması;

12. beynəlxalq təcrübə nəzərə alınmaqla, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi;

13. vergi ödəyicilərinin fəaliyyətini səmərəli təşkil etmək və inzibati xərclərini azaltmaq məqsədilə dövlət orqanlarına verilən hesabatların sadələşdirilməklə elektron qaydada vahid mərkəzdən paylanması üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan “Vahid hesabat standartı” (Common Reporting Standard) sisteminin tətbiq olunması mexanizminin hazırlanması;

14. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi;

15. şəffaflığı artırmaq və vergitutma bazasını genişləndirmək üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan “rəqəmsal iqtisadiyyatın” (digital economy) vergiyə cəlb edilməsi;

16. vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi;

17. kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsi;

18. ölkənin hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlər arasında maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması;

19. vergi ödəyicisinin vergitutma obyektlərini şəffaf şəkildə vergiyə cəlb etmək və vergitutma bazasının gizlədilməsinin qarşısını almaq məqsədilə vergi qanunvericiliyində hüquqlardan sui-istifadə əleyhinə müddəaların (“Anti-avoidance rules”) beynəlxalq təcrübəyə uyğunlaşdırılması;

20. Azərbaycan Respublikası rezidentlərinin vergi güzəşti olan xarici ölkələrdə və ya onların vergi güzəşti tətbiq olunan ərazilərində (ofşorlarda) fəaliyyət göstərən vergi ödəyiciləri ilə əməliyyatlarına səmərəli vergi nəzarəti mexanizmlərinin qurulması;

 

21. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumu çərçivəsində vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinq əldə etmək və bu reytinqi daima saxlamaq məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi.

 

5 Avqust 2016, 09:08

http://www.azertag.net

471—480 / 10511

12 Avqust 2022, 16:08

A.Z.Nemətovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 Avqust 2022, 12:08

O.Ç.Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Avqust 2022, 15:08

Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Avqust 2022, 15:08

Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Avqust 2022, 14:08

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 586-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Avqust 2022, 14:08

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

5 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” 2012-ci il 27 iyun tarixli 2307 nömrəli, “Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında” 2013-cü il 2 aprel tarixli 2828 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” 2013-cü il 24 iyul tarixli 3017 nömrəli və “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli 442 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi üçün alınmış Berlin şəhəri, Hoffmanstrasse 11 ünvanında yerləşən binanın satılması haqqında” 2008-ci il 5 fevral tarixli 2661 nömrəli, “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 23 sentyabr tarixli 492 nömrəli, “Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında” 2010-cu il 6 aprel tarixli 839 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 2011-ci il 29 aprel tarixli 1478 nömrəli, “2011–2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 16 may tarixli 1504 nömrəli, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyul tarixli 1621 nömrəli və “Fransa Respublikasındakı Azərbaycan Mədəniyyət Mərkəzinin binasının təmiri və yenidən qurulması haqqında” 2011-ci il 24 noyabr tarixli 1858 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 21 fevral tarixli 679 nömrəli, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 23 nömrəli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli və “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 1999-cu il 5 fevral tarixli 90 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2009-cu il 31 avqust tarixli 155 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2012-ci il 4 aprel tarixli 604 nömrəli, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 23 iyul tarixli 576 nömrəli, “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 31 avqust tarixli 588 nömrəli, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 21 dekabr tarixli 711 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...