“Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təşkili haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.
Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təşkili haqqında Təlimat”a müvafiq dəyişikliklər edilməli, eyni münasibətləri tənzimləyən akt qüvvədən düşmüş hesab edilməli, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyul 2003-cü il tarixli 4/25 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikası Prezidentinin seçkilərinin təşkili haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:
1.1. Təlimatın adında “seçkilərinin” sözündən sonra “və referendumun” sözləri əlavə edilsin;
1.2. 1.3-cü bənddə “seçki” sözündən sonra “(referendum)”, “məntəqəsi” sözündən sonra “(bundan sonra seçki məntəqəsi)” sözləri əlavə edilsin;
1.3. 2.2-ci bəndin 3-cü cümləsində “seçkiləri” sözündən sonra “və referendum”, 4-cü və 5-ci hissələrdə müvafiq olaraq “səsvermənin” sözündən sonra “(referendumun)” sözü əlavə edilsin.
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 yanvar 2009-cu il tarixli 1/4-4 saylı Qərarı ilə təsdiq edilmiş “Referendum zamanı Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermənin təşkili haqqında Təlimat” qüvvədən düşmüş hesab edilsin.
3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27 İyul 2016, 09:07
18 Avqust 2015, 10:08
A.A.Qasımova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında ətraflı...
18 Avqust 2015, 10:08
E.S.Məmmədova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında ətraflı...
18 Avqust 2015, 10:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında ətraflı...
18 Avqust 2015, 10:08
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında ətraflı...
6 Avqust 2015, 09:08
Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
4 Avqust 2015, 09:08
Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında ətraflı...
29 İyul 2015, 09:07
Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
28 İyul 2015, 09:07
Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
27 İyul 2015, 09:07
Mingəçevir Dövlət Universitetinin yaradılması barədə ətraflı...
27 İyul 2015, 09:07
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsi haqqında ətraflı...