“Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

 

Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan “Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”a müvafiq dəyişikliklər edilməli, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 yanvar 2009-cu il tarixli 1/4-1 saylı Qərarı ilə təsdiq edilmiş “Kütləvi informasiya vasitələri ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddə “və “Reklam haqqında”” sözləri çıxarılsın, “qanunlarının” sözü “Qanununun” sözü ilə əvəz edilsin;

1.2. 2.1-ci bənddə “28” rəqəmi “23” rəqəmi ilə, 3.5-ci bənddə “35” rəqəmi “30” rəqəmi ilə, 4.2-ci bənddə “35” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin;

1.3. 4.2-ci bəndin 3-cü cümləsi çıxarılsın;

1.4. 5.2.7-ci yarımbənd çıxarılsın.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr                       Məzahir Pənahov

Katib                       Arifə Muxtarova

Katib                        Mikayıl Rəhimov

 

27 İyul 2016, 09:07

http://www.azertag.net

6511—6520 / 10511

25 Avqust 2016, 09:08

Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

24 Avqust 2016, 09:08

Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

23 Avqust 2016, 09:08

Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

23 Avqust 2016, 09:08

R.Z.Əbdürəhmanova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

23 Avqust 2016, 09:08

A.İ.İsmayılova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

23 Avqust 2016, 09:08

Azərbaycan Respublikası Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

22 Avqust 2016, 09:08

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

22 Avqust 2016, 09:08

Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

22 Avqust 2016, 09:08

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının   ətraflı...

22 Avqust 2016, 09:08

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında   ətraflı...