“Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

 

Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan “Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat”a müvafiq dəyişikliklər edilməli, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

 

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 30 dekabr 2008-ci il tarixli 31/141-6 saylı Qərarı ilə təsdiq edilmiş “Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.2-ci yarımbənd çıxarılsın;

1.2. 2.7-ci bənddə “Göstərilən müddət” sözləri “10 gün” sözləri ilə əvəz edilsin;

1.3. 3.1-ci bənddə “2.11-ci” sözündən sonra “bəndlərində” sözü əlavə edilsin, “3-cü bəndlərində” sözləri “3-cü hissəsində” sözləri ilə əvəz edilsin.

1.4. 1 və 2 saylı əlavələr yenidən təsdiq edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr                                   Məzahir Pənahov

Katib                                   Arifə Muxtarova

Katib                                   Mikayıl Rəhimov

 

27 İyul 2016, 09:07

http://www.azertag.net

9251—9260 / 10511

18 Noyabr 2014, 09:11

Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI   ətraflı...

18 Noyabr 2014, 09:11

“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında   ətraflı...

18 Noyabr 2014, 09:11

Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları   ətraflı...

18 Noyabr 2014, 09:11

“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında   ətraflı...

18 Noyabr 2014, 09:11

Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

18 Noyabr 2014, 09:11

Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə   ətraflı...

18 Noyabr 2014, 09:11

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə   ətraflı...

18 Noyabr 2014, 09:11

“Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına   ətraflı...

18 Noyabr 2014, 09:11

Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına   ətraflı...

17 Noyabr 2014, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...