“Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında Təlimat”ının 6-cı hissəsində xüsusi seçki hesablarının yalnız “Azərbaycan Beynəlxalq Bankı ASC”nin və ya onun filiallarında açılması nəzərdə tutulmuşdur. Bəzi seçki dairələrinin ərazisində qeyd edilən bankın filiallarının olmaması və ya münasib yerdə yerləşməməsi səbəbindən, digər bankın (“Kapital Bank ASC”) da imkanlarından istifadə etmək zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq yuxarıda adı çəkilən Təlimatın 6-cı hissəsinə dəyişiklik edilməli və Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliyin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 30 dekabr 2008-ci il tarixli 31/141-5 saylı Qərarı ilə təsdiq edilmiş “Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişiklik edilsin:
1.1. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:
“Referendum üzrə təşəbbüs (təşviqat) qruplarının xüsusi hesabları yalnız “Azərbaycan Beynəlxalq Bankı” ASC-də və ya onun filiallarında açılmalıdır. Bu filialların mövcud olmadığı seçki dairələrinin ərazisində hesablar “Kapital Bank” ASC-nin filiallarında açılmalıdır”.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27 İyul 2016, 09:0717 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin STRUKTURU ətraflı...
17 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ƏSASNAMƏSİ ətraflı...
17 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 09:02
“Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 215 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
17 Fevral 2016, 09:02
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
17 Fevral 2016, 09:02
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 09:02
“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 290 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
17 Fevral 2016, 09:02
“Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...