“Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
“Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 881; 2007, №12, maddə 1218) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 10.3-cü maddə əlavə edilsin:
“10.3. Çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.”.
2. 18.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il.
21 İyul 2016, 09:07
7 Aprel 2015, 09:04
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
6 Aprel 2015, 09:04
“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1220‑IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
6 Aprel 2015, 09:04
Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
6 Aprel 2015, 09:04
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi bərədə”Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1214-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
6 Aprel 2015, 09:04
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi bərədə ətraflı...
6 Aprel 2015, 09:04
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
6 Aprel 2015, 09:04
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
6 Aprel 2015, 09:04
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
6 Aprel 2015, 09:04
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
6 Aprel 2015, 09:04
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1226‑IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...