Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 2, I kitab, maddə 202; № 3, maddə 397, maddə 403, maddə 429; № 4, maddə 631, maddə 647, maddə 654; Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli 208-VQD nömrəli, 6 may tarixli 231-VQD nömrəli, 17 may tarixli 255-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 97.2-1-ci maddə əlavə edilsin:

“97.2-1. Bu Məcəllənin 353-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi halda nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqq ödənildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.”.

2. 127-1.2-ci maddəyə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri əlavə edilsin.

3. 127-1.4-cü və 127-1.6-cı maddələrə “texniki vasitələrlə” sözlərindən sonra “saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən” sözləri əlavə edilsin.

4. 127-1.7 və 127-1.8-ci maddələrdə “duracağa gətirilməsi və onun orada” sözləri “nəzarət məntəqəsində” sözləri ilə əvəz edilsin.

5. 127-1.8-ci maddədə “Müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin, həmin maddədə “yaratmalıdır” sözü “yaratmalıdırlar” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2016-cı il.

 

21 İyul 2016, 09:07

http://www.azertag.net

9391—9400 / 10511

31 Oktyabr 2014, 09:10

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1075-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

30 Oktyabr 2014, 09:10

Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Zati-aliləri cənab Evo Morales Aymaya   ətraflı...

30 Oktyabr 2014, 09:10

Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Russeffə   ətraflı...

29 Oktyabr 2014, 09:10

Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

29 Oktyabr 2014, 09:10

Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna   ətraflı...

29 Oktyabr 2014, 09:10

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana   ətraflı...

29 Oktyabr 2014, 09:10

Gənclər siyasəti üzrə birinci qlobal forumun iştirakçılarına   ətraflı...

28 Oktyabr 2014, 09:10

Mərkəzi Seçki Komissiyasının 20 oktyabr və 21 oktyabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə   ətraflı...

28 Oktyabr 2014, 09:10

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

28 Oktyabr 2014, 09:10

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...