“Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 894 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 894 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. Fərmanın 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“1. Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi bu Fərman qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası Prezidentinin qərarları ilə özəlləşdirməyə açıq elan edilmiş, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər, habelə torpaq sahələrinin özəlləşdirilməsi istisna olmaqla, Azərbaycan Respublikası Prezidentinin qərarları ilə həyata keçirilir.”.

1.2. Fərmanın 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“2.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini özəlləşdirilən dövlət əmlakının qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən edilməsi nəzərə alınmaqla iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;”.

1.3. Fərmanın 3.1-ci və 3.2-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

“3.1. bu Fərman qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini bu Fərmanın 1-ci bəndinə riayət etməklə həyata keçirsin;

3.2. bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini başa çatdırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 iyul 2016-cı il.

20 İyul 2016, 09:07

http://www.azertag.net

8481—8490 / 10511

5 May 2015, 09:05

R.R.Məmmədovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

4 May 2015, 09:05

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə   ətraflı...

4 May 2015, 09:05

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 8 aprel tarixli 97-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 424 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

4 May 2015, 09:05

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 895 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

4 May 2015, 09:05

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanununun tətbiqi iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

4 May 2015, 09:05

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədəƏsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

4 May 2015, 09:05

“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi iləəlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

4 May 2015, 09:05

“Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə”Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

4 May 2015, 09:05

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi iləəlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 383 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

4 May 2015, 09:05

Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...