“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670; Azərbaycan Respublikası Prezidentinin 2016 cı il 1 iyun tarixli 929 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.8-ci bəndə “126.3” rəqəmlərindən sonra “,127-1.1, 127-1.4 (üçüncü halda), 127-1.6 (üçüncü halda)” sözləri əlavə edilsin.
2. 4.9-cu bəndə “125.5,” rəqəmlərindən sonra “127-1.2 (birinci halda), 127-1.3, 127-1.4 (birinci halda), 127-1.6 (birinci halda), 127-1.8 (birinci halda),” sözləri əlavə edilsin.
3. 5.1-ci bənddə “353.1 — 353.3” rəqəmləri “353.1 — 353.4, 353.6” rəqəmləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyul 2016-cı il.
19 İyul 2016, 09:0721 Yanvar 2016, 09:01
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
19 Yanvar 2016, 09:01
İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
19 Yanvar 2016, 09:01
Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında ətraflı...
19 Yanvar 2016, 09:01
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında ətraflı...