“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 673 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 391) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bənd ləğv edilsin.

2. 2-ci hissədən “, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 11-ci hissəsinin ikinci cümləsində” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 iyul 2016-cı il.

19 İyul 2016, 09:07

http://www.azertag.net

4591—4600 / 10511

20 Noyabr 2017, 09:11

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında   ətraflı...

20 Noyabr 2017, 09:11

“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

17 Noyabr 2017, 09:11

Ə.T.Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

16 Noyabr 2017, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

16 Noyabr 2017, 09:11

Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə   ətraflı...