“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanını “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 13) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və mətnində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası” üzrə:

2.1. adında “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilsin;

2.2. I - XIV hissələrin adlarının qarşısındakı rum rəqəmləri müvafiq ərəb rəqəmləri ilə əvəz edilsin;

2.3. 1-ci bənd üzrə:

2.3.1. birinci abzasda “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” və “dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri, müvafiq olaraq, “dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” və “dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilsin;

2.3.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“Təşkilatlar fəaliyyət istiqamətlərinə əsasən üzərlərinə qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi üçün, bu Qaydaya uyğun olaraq, təşkilatdaxili qaydalarını hazırlamaq hüququna malikdirlər.”;

2.3.3. aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:

“Məxfi elektron sənədlərlə iş üzrə kargüzarlıq fəaliyyəti “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsiz¬liyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 172 nömrəli Fərmanının tələbləri rəhbər tutulmaqla həyata keçirilir.

Məxfi sənədlərin tərtibinə dair bu Qayda ilə müəyyən olunmayan tələblər üzrə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın müddəaları rəhbər tutulur.”;

2.4. 2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Təşkilatlarda kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.”;

2.5. 5-ci bənddə “Qanunvericiliklə” sözü “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən” sözləri ilə əvəz edilsin;

2.6. 8-ci bənddə (hər iki halda) və 9-cu bənddə “bu Qaydanın və qanunvericiliyin müvafiq hissəsi ilə” sözləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq sahəni tənzimləyən digər normativ hüquqi aktlar və bu Qayda ilə” sözləri ilə əvəz edilsin;

2.7. 9-cu bənddə “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilsin;

2.8. 10-cu və 103-cü bəndlərdən “zəruri hallarda” sözləri çıxarılsın;

2.9. 11-ci bənd üzrə:

2.9.1. beşinci abzasda “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq” sözləri ilə əvəz edilsin;

2.9.2. altıncı abzasdan “, bir qayda olaraq,” sözləri çıxarılsın;

2.10. 39-cu bənddən, 52-ci bəndin birinci cümləsindən, 60-cı bəndin birinci abzasının ikinci cümləsindən, 137-ci bəndin dördüncü abzasının birinci cümləsindən və 147-ci bənddən “, bir qayda olaraq,” sözləri çıxarılsın;

2.11. 24-cü bənd aşağıdakı redaksiyada verilsin:

“24. Hazırlanmış hər bir sənədin, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbləri nəzərə alınmaqla, rekvizitləri (sənədin mətnini və xarici əlamətlərini əks etdirən mütləq elementləri) olmalıdır.

Təşkilatın mətbəə üsulu ilə hazırlanan blanklarında rekvizitlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 11-ci bəndinə uyğun olaraq qoyulur (6 nömrəli əlavə).

Sənədin məxfilik qrifi və (və ya) konkret şəxsə ünvanlandığını, literliyini bildirən digər məhdudiyyət işarələri “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilmiş dövlət sirri təşkil edən məlumatlar siyahısının müvafiq bəndinə istinadla birgə sənədin nömrəsinin altında, sağ küncdə qoyulur.

İcraçı barədə qeyd qoyularkən sənədin son vərəqinin arxadan sol tərəfində sənədin ilkin uçot nömrəsi və tarixi, çap edilmiş nüsxələrinin sayı, çap edildiyi qaralamanın nömrəsi, məxfiliyinin açılması tarixi və ya şərti, yaxud buna səbəb ola biləcək hadisə, sənədi çap edən şəxsin soyadı barədə rekvizitlər də qoyulur.

Hazırlanmış sənədin bütün nüsxələri imzalanır. İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun səlahiyyətlərini icra edən şəxs imzalayır. Dövlət orqanının rəhbərinə göndərilən sənədlər göndərən dövlət orqanının rəhbəri tərəfindən, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanır.

Təşkilatın blank olmayan və sənədləşdirilmiş informasiyanı əks etdirən digər sənədlərinin tərtibatı bu bəndin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la tənzimlənir.

İki və daha çox vərəqdə çap edilmiş sənədin hər bir nüsxəsinin ikincidən başlayaraq bütün vərəqlərinin (səhifələrinin) yuxarı sağ küncündə sıra nömrəsi, aşağı orta hissəsində isə sənədin qeydə alınma nömrəsi qoyulur.

Sənədin surətlərində (sənədin əslindəki informasiyanı tam, xarici əlamətlərini isə tam və ya qismən əks etdirən nüsxəsi) birinci vərəqin yuxarı sağ küncündə "Surət", sənəddən çıxarışlarda (sənədin əslindəki informasiyanın bir hissəsini, xarici əlamətlərini isə tam və ya qismən əks etdirən nüsxəsi) isə sənədin adından sonra "Çıxarış" sözü yazılır.”;

2.12. 26-cı bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“İki və daha çox təşkilat tərəfindən birgə hazırlanan sənəd blanksız tərtib edilir. Həmin sənəd təşkilat rəhbərinin imzası və təşkilatın gerbli möhürü ilə təsdiq edilir. Birgə hazırlanmış sənədin qeydə alınma nömrəsi sənədin bu təşkilatlar üzrə qeydə alınma nömrələrindən ibarətdir. Nömrələr sənəd müəlliflərinin göstərilmə ardıcıllığına uyğun olaraq, aralarında tire qoyulmaqla yazılır.”;

2.13. 30-cu bənddən “zəruri olan” sözləri çıxarılsın;

2.14. 35-ci bənd üzrə:

2.14.1. üçüncü abzasda “, zəruri hallarda digər məhdudiyyət qrifi” sözləri “və (və ya) digər məhdudiyyət işarələri” sözləri ilə əvəz edilsin;

2.14.2. dördüncü abzasda “zəruri hallarda” sözləri “təcili sənədlərdə” sözləri ilə əvəz edilsin;

2.15. 41-ci bənddə “Zəruri hallarda təsviri” və “göndərilə bilər” sözləri, müvafiq olaraq, “Təsviri” və “göndərilir” sözləri ilə əvəz edilsin;

2.16. 42-ci bənddən “, bir qayda olaraq,” sözləri çıxarılsın və ”qanunvericiliklə” sözü “Poçt haqqında” və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının qanunları ilə” sözləri ilə əvəz edilsin;

2.17. 43-cü bənddə “Zəruri hallarda təşkilat” və “çatdırıla bilər” sözləri, müvafiq olaraq, “Təşkilat” və “çatdırılır” sözləri ilə əvəz edilsin;

2.18. 47-ci bənd üzrə:

2.18.1. dördüncü abzasda “qanunvericiliklə” sözü “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;

2.18.2. beşinci abzasdan “, bir qayda olaraq,” sözləri çıxarılsın;

2.19. 53-cü bəndin ikinci abzası üçüncü abzas hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Əsas icraçı sənədin icrası ilə əlaqədar rəhbərliyə məlumat üçün hazırlanmış arayışı digər icraçı (icraçılar) ilə razılaşdırmalıdır. Digər icraçı (icraçılar) arayışla razı olmadıqda, ayrıca arayış tərtib edir və rəhbərliyi məlumatlandırmaq üçün kargüzarlıq xidmətinə təqdim edir.”;

2.20. 55-ci bəndin ikinci abzası ləğv edilsin;

2.21. 58-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Geoloji kəşfiyyat, topoqrafiya, geodeziya, yerquruluşu və s. işləri yerinə yetirən ekspedisiyalara, eləcə də hava və su nəqliyyatının şəxsi heyətinə məlumat daşıyıcıları bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş tələblərə əməl olunmaqla verilir.”;

2.22. 88-ci bəndin ikinci abzasında “Zəruri hallarda bu işə” sözləri “Bu işə” sözləri ilə əvəz edilsin;

2.23. 95-ci bənd aşağıdakı redaksiyada verilsin:

“95. Təşkilatda məlumat daşıyıcılarının kino və ya foto çəkilişlərini (bundan sonra - çəkiliş) “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məxfilik rejiminə əməl etməklə müvafiq bölmə (studiya, laboratoriya) həyata keçirir.”;

2.24. 98-ci bənddə “qanunvericiliyə” sözü “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin;

2.25. 102-ci bənddən “, bir qayda olaraq,” sözləri çıxarılsın və “Müstəsna hallarda” sözləri “Çəkilişin aparılması tələb olunduğu hallarda” sözləri ilə əvəz edilsin;

2.26. 108-ci bənd üzrə:

2.26.1. birinci cümlədən “, bir qayda olaraq,” sözləri çıxarılsın;

2.26.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Kinokadrlardan fotoşəkillər, sifarişçi ilə razılaşdırılmaqla, təşkilat rəhbərinin göstərişi əsasında çıxarılır və fotosənəd kimi inventar uçotuna götürülür.”;

2.27. 118-ci bənd aşağıdakı redaksiyada verilsin:

“118. Tarixi, elmi, mədəni və s. baxımdan xüsusi dəyərə malik və ya nadir sənədin əslinin məhv olması və ya itməsi hallarında onda əks olunan məlumatların saxlanılması və ya bərpası məqsədilə həmin sənədin sığorta surəti hazırlanır.

Sığorta surəti hazırlanmalı sənədlərin siyahısını təşkilat rəhbəri təsdiq edir.

Siyahıda göstərilən sənədlərin sığorta surətlərinin hazırlanması məqsədilə DSMB, məxfilik rejiminin təmin edilməsi şərtilə, həmin sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq, müşayiət məktubu ilə müvafiq laboratoriyalara, studiyalara və s. dəst şəklində və ya hər birini ayrılıqda göndərir.”;

2.28. 126-cı bənddə “qanunvericiliyə” sözü “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya” sözləri ilə əvəz edilsin;

2.29. 129-cu bənddə “belə işlərin görülməsinə qanunvericiliyə uyğun icazəsi olan” sözləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məxfilik rejiminə əməl etmək şərtilə müvafiq” sözləri ilə, “qanunvericiliklə” sözü “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən” sözləri ilə əvəz edilsin;

2.30. 163-cü bənd üzrə:

2.30.1. birinci abzasda “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

2.30.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

“DSMB rəhbəri işi məlumat daşıyıcıları ilə iş yerində tanış olmağa buraxılmış icraçılara vermək hüququna malikdir.”;

2.31. 164-cü bənd üzrə:

2.31.1. birinci abzasda “Zəruri hallarda işə daxil edilmiş” sözləri “İşə daxil edilmiş” sözləri ilə, “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin;

2.31.2. ikinci abzasda “Müstəsna hallarda sənəd işə (cildə) qaytarılmamaq şərti ilə işdən (cilddən) çıxarıla bilər. Bu halda” sözləri “Sənədin işə (cildə) qaytarılmamaq şərtilə işdən (cilddən) çıxarıldığı hallarda” sözləri ilə əvəz edilsin;

2.32. 169-cu, 178-ci (hər iki halda) və 181-ci bəndlərdə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən” sözləri ilə əvəz edilsin;

2.33. 171-ci bənddə “qanunvericiliklə” sözü “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri ilə əvəz edilsin;

2.34. 172-ci bənddən “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın;

2.35. 183-cü bənd üzrə:

2.35.1. birinci cümlədə “qanunvericiliyi” və “qanunvericiliklə” sözləri, müvafiq olaraq, “normativ hüquqi aktları” və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya əsasən” sözləri ilə əvəz edilsin;

2.35.2. ikinci cümlədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən” sözləri ilə əvəz edilsin;

2.36. 185-ci bənddə “qanunvericiliklə” sözü və 188-ci bənddə “qanunvericiliyə” sözü, müvafiq olaraq, “normativ hüquqi aktlarla” və “normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin;

2.37. 190-cı bəndin birinci abzasında “Zəruri hallarda təşkilatın” sözləri “Təşkilatın” sözü ilə əvəz edilsin;

2.38. 191-ci bənddə “qanunvericiliklə” sözü “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;

2.39. Qaydaya 6 nömrəli əlavə aşağıdakı redaksiyada verilsin:

 

“Təşkilat blankının nümunəsi

(eninə)

 

 Azərbaycan Respublikası Dövlət gerbinin təsviri

 AZƏRBAYCAN RESPUBLİKASININ

 DAXİLİ İŞLƏR NAZİRLİYİ

 

 

 

Poçt indeksi __________, Bakı şəhəri, __________________küçəsi__________

 

 Tel:______________ Faks:_________________ Elektron poçt:_________________

 

_________________________________________________________________

 

 “___”____________il                                                            №____________”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 14 iyul 2016-cı il.

18 İyul 2016, 09:07

http://www.azertag.net

1571—1580 / 10511

30 Yanvar 2021, 19:01

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə Nazirlər Kabinetinin Qərarı   ətraflı...

30 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Yanvar 2021, 19:01

“Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli 1932 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 20 fevral tarixli 2677 nömrəli, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli və “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 3722 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatrı 2009–2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 may tarixli 277 nömrəli, “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli 292 nömrəli, “2009-cu il fevralın 26-da Havana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 338 nömrəli, “2009-cu il mayın 5-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 342 nömrəli və “2009-cu il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 344 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2013-cü il 24 iyun tarixli 2966 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2014-cü il 29 dekabr tarixli 966 nömrəli, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 1243 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 298 nömrəli, “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2005-ci il 25 avqust tarixli 972 nömrəli, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2006-cı il 17 aprel tarixli 1413 nömrəli, “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 26 avqust tarixli 1640 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli, “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” 2000-ci il 18 mart tarixli 364 nömrəli, “Birgə kino istehsalı haqqında” Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 475 nömrəli, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” 2001-ci il 27 dekabr tarixli 851 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət sərvətləri haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə” 2002-ci il 14 noyabr tarixli 1089 nömrəli, “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” 2003-cü il 23 iyun tarixli 1262 nömrəli, “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında” 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2021, 19:01

Azərbaycan Respublikası Prezidentinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 16 iyun tarixli 1459 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2017-ci il 28 oktyabr tarixli 1642 nömrəli, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...