Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün DÖVLƏT PROQRAMI

1. Giriş

Azərbaycan Respublikasının demokratik inkişaf yoluna qədəm qoyaraq hüquqi dövlət quruculuğu prosesinin əsas şərti kimi qəbul edilən azad bazar iqtisadiyyatı modelini seçməsi cəmiyyətdə xüsusi mülkiyyət amilinin rolunu daha da gücləndirmiş və mülkiyyət münasibətlərinin tənzimlənməsi sahəsində mühüm qərarların qəbulu ilə səciyyəvi olmuşdur.

Dövlət əmlakının özəlləşdirilməsi və torpaq islahatı kimi mühüm əhəmiyyətə malik irimiqyaslı tədbirlər uğurla həyata keçirilmiş, çoxsaylı dövlət əmlakı, o cümlədən mənzil fondu və torpaq sahələri də daxil olmaqla, yüz minlərlə əmlak xüsusi mülkiyyətə verilmiş və beləliklə də, ölkədə mülkiyyət hüququ münasibətlərində iştirak edən subyektlərin sayı artmışdır. Bunun nəticəsində torpaq sahələri də daxil olmaqla, daşınmaz əmlak üzərində müxtəlif mülkiyyət növləri yaranmış, onların hüquqi statusu müəyyən edilmiş və mülkiyyət hüquqlarının qeydiyyatı sistemi formalaşmışdır.

Ətraflı:

14 İyul 2016, 09:07

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...