"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

 

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 191-VQD nömrəli Qanunu) 5.1-2-ci maddəsində "notarius" sözündən sonra", notariat hərəkətləri aparan digər vəzifəli şəxslər" sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 iyun 2016-cı il.

12 İyul 2016, 09:07

http://www.azertag.net

6491—6500 / 10511

2 Sentyabr 2016, 09:09

Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında   ətraflı...

2 Sentyabr 2016, 09:09

Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

2 Sentyabr 2016, 09:09

R.V.İsaevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında   ətraflı...

1 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan seçki dairələrinin müəyyən edilməsinə dair   ətraflı...

1 Sentyabr 2016, 09:09

Mərkəzi Seçki Komissiyasının 27 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

31 Avqust 2016, 10:08

Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında   ətraflı...

31 Avqust 2016, 09:08

42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına   ətraflı...

31 Avqust 2016, 09:08

Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

30 Avqust 2016, 09:08

Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

29 Avqust 2016, 09:08

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...