Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
2016-cı il iyunun 18-də keçirilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələrinə dair
5 iyul 2016-cı il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin,Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədr müavini Natiq Məmmədov, katibi Arifə Muxtarova və üzvü Almas Qəhramanlının, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyevin, mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova və Gülnar Əhmədovanın iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə 2016-cı il iyunun 18-də keçirilmiş təkrar seçkilərin nəticələrinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun çıxışını, ekspertlər E.Nəsirov və S.Əliyevin rəyini, mütəxəssislər U.Həmidova və G.Əhmədovanın arayışını dinləyib müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə uyğun olaraq 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2015-ci il 17 noyabr tarixli 50/342 saylı qərarı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər etibarsız hesab edilmişdir.
“90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 aprel tarixli 1948 nömrəli Sərəncamına əsasən 2016-cı il iyunun 18-də həmin seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər keçirilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.1-ci və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54.3-cü maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında Mərkəzi Seçki Komissiyasının protokolunu, habelə dairə seçki komissiyasının protokolunu (onlara əlavə edilən sənədlərlə birlikdə) 2016-cı il 30 iyun tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi təqdim olunmuş sənədlərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğunluğunu yoxlayarkən aşağıdakıları müəyyən etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər üzrə səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2016-cı il 29 iyun tarixli protokoluna əsasən:
1) seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı - 40 203;
2) səsvermədə iştirak edən seçicilərin sayı - 23 292;
3) səsvermə keçirilmiş seçki məntəqələrinin sayı - 40;
4) səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı - 0;
5) səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı - 0;
6) deputat seçilmiş namizədin sayı - 1.
Beləliklə, təkrar seçkilər üzrə səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolundan görünür ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə səsvermənin nəticələri etibarlı hesab edilmiş və deputat seçilmiş namizəd müəyyən olunmuşdur.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.12-ci maddəsinə əsasən, protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə isə Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə - azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilmiş təkrar seçkilər üzrə səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolundan görünür ki, bu sənəd Mərkəzi Seçki Komissiyasının 18 həlledici səs hüquqlu üzvlərindən 18-i tərəfindən imzalanmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.3-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54.4-cü maddəsinə uyğun olaraq, Şəki Apellyasiya Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar daxil olmuş şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir.
Ekspert qismində cəlb edilmiş Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi E.Nəsirovun və həmin kafedranın dosenti S.Əliyevin rəyindən görünür ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2016-cı il 29 iyun tarixli protokolu və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 107.2, 107.3, 108.2, 108.3, 169.3 və 169.4-cü maddələrinin tələblərinə uyğun tərtib edilmişdir.
Mütəxəssislər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidova və G.Əhmədovanın arayışına görə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələrinə dair sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 107.2, 107.3 və 108.2-ci maddələrinə uyğun tərtib edilmişdir. Yoxlanılmış sənədlərdə nöqsanlar, səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar edilməmişdir.
Şəki Apellyasiya Məhkəməsi 2016-cı il 4 iyul tarixli 42/9 saylı məktubla bildirmişdir ki, həmin məhkəməyə 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə bağlı şikayət daxil olmamışdır.
Bakı Apellyasiya Məhkəməsinin 2016-cı il 4 iyul tarixli 5D-127/2016 saylı məktubuna əsasən, 2016-cı il iyunun 18-də keçirilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə bağlı məhkəməyə cəmi 4 ərizə daxil olmuş, bunlardan 2 iş üzrə iddia mümkün sayılmamış, 3 iş üzrə ərizə təmin edilməmişdir. İddia mümkün sayılmayan 1 iş üzrə qərardad kassasiya qaydasında ləğv edilmiş və yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışında ərizə təmin edilməmişdir. Həmin qərardan şikayət verilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin 2016-cı il 4 iyul tarixli 2-360/16 saylı məktubundan görünür ki, bu məhkəməyə 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə bağlı 4 şikayət daxil olmuş, onlardan 3 iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarları dəyişdirilmədən saxlanılmış, 1 iş üzrə həmin məhkəmənin qərardadı ləğv edilmişdir.
Azərbaycan Respublikası Prokurorluğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı 2016-cı il 4 iyul tarixli 01/783 saylı məktubunda göstərilmişdir ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar prokurorluq orqanlarına cəmi 1 müraciət daxil olmuş və həmin müraciət aidiyyəti üzrə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər üzrə səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2016-cı il 29 iyun tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3, 108.2 və 171.2-ci maddələrinin tələblərinə uyğun olduğundan, 2016-cı il iyunun 18-də keçirilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələri təsdiq edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin VIII, IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər üzrə səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2016-cı il 29 iyun tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3, 108.2 və 171.2-ci maddələrinin tələblərinə uyğun hesab edilsin.
2. 2016-cı il iyunun 18-də keçirilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələri təsdiq edilsin.
3. Qərar elan olunduğu andan qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev
11 İyul 2016, 09:07
1 İyun 2018, 09:06
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 50 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2018, 09:06
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2018, 09:06
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2018, 09:06
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2018, 09:06
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”da dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2018, 09:06
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
31 May 2018, 08:05
Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
31 May 2018, 08:05
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
31 May 2018, 08:05
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1118-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
31 May 2018, 08:05
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...