Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ölkədə qeyri-neft sektorunun tərkib hissəsi kimi heyvandarlığın inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir. Bu sahədə yeni yaradılan və müasir avadanlıqla təchiz edilmiş infrastrukturlar, o cümlədən hazırda yenidən qurulmaqda olan Respublika Süni Mayalanma Mərkəzi və respublikanın 12 bölgəsində regional süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynayacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə qərara alıram:
1. Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon (səkkiz milyon dörd yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2016-cı il.
1 İyul 2016, 09:0713 Oktyabr 2015, 08:10
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə fəxri adlar verilməsi haqqında ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 72 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 64 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 74 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 66 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 oktyabr 2015-ci il tarixli 78 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 70 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 sentyabr 2015-ci il tarixli 12 saylı və 10 oktyabr 2015-ci il tarixli 82 saylı və digər müraciətlərə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 oktyabr 2015-ci il tarixli 76 saylı müraciətə baxılması barədə ətraflı...
12 Oktyabr 2015, 09:10
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 71 saylı müraciətə baxılması barədə ətraflı...