Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Şirvan şəhərində əsaslı infrastruktur layihələri yerinə yetirilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, o cümlədən çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması sahəsində müəyyən işlər görülmüşdür.

 

Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və 7 çoxmənzilli binanın lift təsərrüfatının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Şirvan şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin aparılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,2 milyon (bir milyon iki yüz min) manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 400,0 (dörd yüz) min manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 800,0 (səkkiz yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 iyun 2016-cı il.

29 İyun 2016, 09:06

http://www.azertag.net

8651—8660 / 10511

5 Mart 2015, 09:03

"Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

5 Mart 2015, 09:03

"Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

5 Mart 2015, 09:03

"Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonası"nın təsdiq edilməsi haqqında   ətraflı...

5 Mart 2015, 09:03

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Mart 2015, 09:03

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

5 Mart 2015, 09:03

N.D. Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

3 Mart 2015, 09:03

"Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonası"nın təsdiq edilməsi haqqında   ətraflı...

3 Mart 2015, 09:03

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 aprel tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

3 Mart 2015, 09:03

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

3 Mart 2015, 09:03

Azərbaycan Respublikasında gənclərlə iş və idman sahəsində çalışan əməkdaşların təltif edilməsi haqqında   ətraflı...