Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Şirvan şəhərində əsaslı infrastruktur layihələri yerinə yetirilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, o cümlədən çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması sahəsində müəyyən işlər görülmüşdür.

 

Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, şəhərin mənzil fonduna daxil olan 21 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və 7 çoxmənzilli binanın lift təsərrüfatının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Şirvan şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin aparılması məqsədi ilə Şirvan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,2 milyon (bir milyon iki yüz min) manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 400,0 (dörd yüz) min manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 800,0 (səkkiz yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 iyun 2016-cı il.

29 İyun 2016, 09:06

http://www.azertag.net

6091—6100 / 10511

15 Dekabr 2016, 09:12

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

15 Dekabr 2016, 09:12

Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi   ətraflı...

15 Dekabr 2016, 09:12

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

15 Dekabr 2016, 09:12

İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında   ətraflı...

15 Dekabr 2016, 09:12

Bakı Slavyan Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

15 Dekabr 2016, 09:12

Bakı Slavyan Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında   ətraflı...

14 Dekabr 2016, 10:12

Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında   ətraflı...

14 Dekabr 2016, 10:12

Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinə “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

14 Dekabr 2016, 10:12

Y.Q.Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

13 Dekabr 2016, 10:12

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 375-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...