Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

 

1. Masallı rayonunda Masallı Sənaye Məhəlləsi yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır;

2.2. Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu ərazisində 10 hektar torpaq sahəsinin ayrılması və icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. Masallı Sənaye Məhəlləsinin xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyun 2016-cı il.

14 İyun 2016, 09:06

http://www.azertag.net

7531—7540 / 10511

25 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın gedişində istifadə edilən və əldə edilmiş əqli fəaliyyətin nəticələrinə hüquqların qarşılıqlı mühafizəsi haqqında 4 dekabr 2006-cı il tarixli Sazişdə dəyişiklik edilməsi barədə Protokolun təsdiqi haqqında   ətraflı...

25 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...

25 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

25 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

25 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

24 Dekabr 2015, 09:12

R.E.Məmmədovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

24 Dekabr 2015, 09:12

H.S.Zeynalovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

24 Dekabr 2015, 09:12

Ş.Ş.Abdullayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında   ətraflı...

24 Dekabr 2015, 09:12

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İtaliya Respublikasında və eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında   ətraflı...

24 Dekabr 2015, 09:12

E.Z.Kərimovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...