Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilmiş, yeni sənaye müəssisələri yaradılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, o cümlədən 200 çoxmənzilli binanın dam örtüyü və lift təsərrüfatı yenilənmiş, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilmiş, küçə və prospektlərdə müasir işıqlandırma sistemi quraşdırılmışdır. Hazırda 93 hektar ərazidə dənizkənarı park-bulvar kompleksi salınır, Musiqi, Şahmat məktəbləri üçün yeni binaların tikintisi, Sumqayıt Dövlət Dram Teatrı binasının, “Kimyaçılar” Mədəniyyət sarayının əsaslı təmiri davam etdirilir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin, o cümlədən daha 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinin və şəhər avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10,0 (on) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5,0 (beş) milyon manat, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 iyun 2016-cı il.

13 İyun 2016, 09:06

http://www.azertag.net

8811—8820 / 10511

2 Fevral 2015, 09:02

"Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları"nın və "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

2 Fevral 2015, 09:02

2015-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında   ətraflı...

29 Yanvar 2015, 09:01

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

29 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında   ətraflı...

29 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında   ətraflı...

28 Yanvar 2015, 09:01

M.H.Məmmədovun Göyçay rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

28 Yanvar 2015, 09:01

M.A.Ağayevin Göyçay rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

28 Yanvar 2015, 09:01

Y.Q.Məmmədovun Ucar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

28 Yanvar 2015, 09:01

M.H.Məmmədovun Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

28 Yanvar 2015, 09:01

Y.Q.Məmmədovun Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...