“Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası PrezidentininFərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, №9, maddə 1042) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Adında və 1-ci hissəsində “orqanları tərəfindən həyata keçirilən xidmətlərin” sözləri “Xidmətlərinin” sözü ilə əvəz edilsin;
1.2. preambulada “orqanları tərəfindən həyata keçirilən xidmətlər” sözləri “xidmətləri” sözü ilə əvəz edilsin;
1.3. 2.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3–2.6-cı bəndlər əlavə edilsin:
“2.3. Bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş qurumların göstərdiyi xidmətlərlə bağlı daxil olan müraciətlərin (təklif və şikayətlərin) aidiyyəti üzrə müraciətə baxan subyektlərə göndərilməsini və onlar tərəfindən cavablandırılmasını Elektron Reyestr vasitəsilə təşkil etsin;
2.4. “ASAN xidmət indeksi”ni təşkil edən aşağıdakı parametrləri rəhbər tutmaqla, Elektron Reyestrə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini həyata keçirsin:
2.4.1. xidmət barədə məlumatlandırma (xidmət üçün tələb olunan sənədlər və xidmət haqları barədə məlumatlandırma, sorğu xidmətinə edilən müraciətlərin cavablandırılma operativliyi və s.);
2.4.2. xidmətə müraciət imkanları (elektron, poçt, birbaşa);
2.4.3. xidmətin göstərilmə müddəti;
2.4.4. xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası;
2.4.5. xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi;
2.4.6. şikayət və nəzarət mexanizmləri;
2.4.7. vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri;
2.5. Elektron Reyestrə daxil edilmiş hər bir xidmət üzrə “ASAN xidmət indeksi”nin Elektron Reyestrdə yerləşdirilməsini təmin etsin;
2.6. Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi qaydalarını müəyyən etsin.”;
1.4. 3-cü hissədə “orqanları” sözündən sonra “, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları” sözləri əlavə edilsin;
1.5. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Dövlət xidmətləri barədə məlumatlandırmanın vahid mənbədən həyata keçirilməsini və dövlət xidmətləri barədə məlumatların mütəmadi yenilənməsini təşkil etmək məqsədi ilə bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş qurumlar öz rəsmi internet informasiya ehtiyatlarında dövlət xidmətləri bölməsinin yaradılmasını, burada müvafiq dövlət xidmətləri barədə Elektron Reyestrdəki məlumatlara keçidin yerləşdirilməsini və elektron xidmətlərin həmin bölmədən həyata keçirilməsini 2016-cı il oktyabrın 1-dək təmin etsinlər.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyun 2016-cı il.
10 İyun 2016, 09:0631 Avqust 2015, 09:08
Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrəəsas hərəkət və tədbirlərin TƏQVİM PLANI ətraflı...
31 Avqust 2015, 09:08
“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrəəsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə ətraflı...
31 Avqust 2015, 09:08
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında ətraflı...
28 Avqust 2015, 09:08
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
26 Avqust 2015, 09:08
Ağcabədi rayonunun Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
25 Avqust 2015, 09:08
Sabirabad rayonunun Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
25 Avqust 2015, 09:08
Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında ətraflı...
25 Avqust 2015, 09:08
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında ətraflı...
25 Avqust 2015, 09:08
E.B.Həmidova tibb xidməti general-mayoru ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
18 Avqust 2015, 10:08
Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...