2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 iyun 2016-cı il tarixli 10 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Bəybala Əşrəf oğlu 2016-cı il iyunun 3-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı şikayət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının onun namizəd kimi qeydə alınmasından imtinaya dair 25 may 2016-cı il tarixli 17/57 saylı qərarının ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, namizəd B.Ə.Əliyev tərəfindən dairə seçki komissiyasının qeyd edilən qərarından şikayət müddət ötürülməklə verilmişdir. Belə ki, o, müraciətində göstərir ki, dairə seçki komissiyasının qərarını 27 may 2016-cı ildə əldə etmişdir. Qərardan şikayət isə 3 iyun 2016-cı ildə verilmişdir. Məsələyə aydınlıq gətirilməsi üçün dairə seçki komissiyası ilə əlaqə saxlanılmış və müəyyən edilmişdir ki, dairə seçki komissiyasının 25 may 2016-cı il tarixli 17/57 saylı qərarı onun tərəfindən komissiyanın qeydiyyat kitabına rəsmi imza edilməklə 27 may 2016-cı ildə alınmışdır. Bu hal dairə seçki komissiyasının sənədlərin verilməsinə dair qeydiyyat kitabından çıxarışla və həmin komissiyanın 3 iyun 2016-cı il tarixli 55 saylı məktubu ilə təsdiq edilir. Eyni zamanda qeyd edilməlidir ki, dairə seçki komissiyasının mübahisələndirilən qərarı 26 may 2016-cı ildə namizədə poçt vasitəsilə də göndərilmişdir. Dairə seçki komissiyasının qərarı namizəd tərəfindən şəxsən rəsmi qaydada 27 may 2016-cı ildə götürüldüyündən şikayətvermə müddəti də həmin tarixdən hesablanmalıdır. Şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 6-cı, 7-ci hissələrinə və 4.1.2-ci yarımbəndinə əsasən qərara alır:
1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Bəybala Əşrəf oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 iyun 2016-cı il tarixli 10 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
6 İyun 2016, 09:06
29 Aprel 2015, 09:04
Z.Qaralovun Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında ətraflı...
24 Aprel 2015, 09:04
Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
23 Aprel 2015, 09:04
“Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə ətraflı...
21 Aprel 2015, 09:04
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
21 Aprel 2015, 09:04
R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında ətraflı...
20 Aprel 2015, 09:04
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının NİZAMNAMƏSİ ətraflı...
20 Aprel 2015, 09:04
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında ətraflı...
20 Aprel 2015, 09:04
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında ətraflı...
17 Aprel 2015, 09:04
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında ətraflı...
16 Aprel 2015, 09:04
"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...