Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 125) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.1.30-cu, 4.2.1.13-cü, 4.2.1.30-cu, 4.2.1.48-ci, 4.2.2.11-ci, 4.2.2.26-cı, 4.2.2.42-ci, 4.2.2.61-ci, 4.2.2.81-ci, 4.2.2.100-cü, 4.2.2.116-cı, 4.2.2.135-ci, 4.2.2.153-cü, 4.2.2.173-cü, 4.2.2.193-cü, 4.2.2.210-cu, 4.2.2.229-cu, 4.2.2.244-cü, 4.2.2.260-cı, 4.2.2.280-ci, 4.2.2.299-cu, 4.2.2.317-ci, 4.2.3.10-cu, 4.2.3.31-ci, 4.2.3.49-cu, 4.2.3.67-ci, 4.2.4.13-cü, 4.2.4.27-ci, 4.2.4.40-cı, 4.2.4.59-cu, 4.2.4.75-ci, 4.2.4.93-cü, 4.2.4.109-cu, 4.2.4.124-cü, 4.2.4.146-cı, 4.2.4.166-cı, 4.2.4.184-cü, 4.2.5.14-cü, 4.2.5.32-ci, 4.2.5.52-ci, 4.2.5.67-ci, 4.2.5.85-ci, 4.2.6.13-cü, 4.2.6.31-ci, 4.2.6.49-cu, 4.2.6.68-ci, 4.2.6.86-cı, 4.2.6.104-cü, 4.2.8.11-ci, 4.2.8.28-ci, 4.2.8.44-cü, 4.2.8.60-cı, 4.2.8.77-ci, 4.2.8.96-cı, 4.2.9.10-cu, 4.2.9.24-cü və 4.2.9.41-ci yarımbəndlərinin “İcraçılar” sütununa “Azərenerji” ASC” sözlərindən sonra “, “Azərişıq” ASC” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2016-cı il.
2 İyun 2016, 09:06
19 May 2014, 09:05
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
19 May 2014, 09:05
Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
19 May 2014, 09:05
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında ətraflı...
15 May 2014, 09:05
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Meliorator günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamının ləğvi barədə ətraflı...