“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263) aşağıdakı dəyişikliklər edilsin:

1. 26.1-ci maddədə “Mülki Məcəlləsində” sözləri “Mülki Məcəlləsinin 107.1-ci maddəsində” sözləri ilə əvəz edilsin.

2. 27.1-ci maddədə “iclaslarında” sözündən sonra “səhmdarların səsvermədə iştirakının və qərar qəbul edilməsi qaydasının” sözləri əlavə edilsin və “nəzərdə tutulanlardan” sözləri “nəzərdə tutulan hallarından” sözləri ilə əvəz edilsin.

3. 28.3-cü (hər iki halda) və 32.3-cü (hər iki halda) maddələrdə “onunla əlaqəli” sözləri “ona aidiyyəti olan” sözləri ilə əvəz edilsin.

4. 30.1.2-ci və 34.1.7-ci maddələrdə “əlaqəli” sözü “aidiyyəti” sözü ilə əvəz edilsin.

5. 7-ci fəslin və 132-ci maddənin adında “Əlaqəli” sözü “Aidiyyəti” sözü ilə əvəz edilsin.

6. 68-ci maddə üzrə:

6.1. adında “Sığortaçının əlaqəli şəxsləri” sözləri “Sığortaçıya aidiyyəti olan şəxslər” sözləri ilə əvəz edilsin;

6.2. 68.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“68.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqi şəxsə aidiyyəti olan şəxslər sığortaçıya aidiyyəti olan şəxslər hesab edilir.”;

6.3. 68.1.1-ci-68.1.4-cü maddələr ləğv edilsin.

7. 69-cu maddə üzrə:

7.1. adında və 69.5-ci maddədə “Əlaqəli” sözü “Aidiyyəti” sözü ilə əvəz edilsin;

7.2. 69.1-ci və 69.7-ci maddələrdə “əlaqəli şəxsləri ilə” sözləri “ona aidiyyəti olan şəxslərlə” sözləri ilə əvəz edilsin;

7.3. 69.1.1-ci maddədə “əlaqəli şəxsi” sözləri “ona aidiyyəti şəxs” sözləri ilə əvəz edilsin;

7.4. 69.1.2-ci maddədə “əlaqəli şəxsinə” sözləri “aidiyyəti şəxsə” sözləri ilə əvəz edilsin;

7.5. 69.1.3-cü, 69.1.5-ci, 69.2-ci, 69.3-cü və 69.4-cü maddələrdə ismin müvafiq hallarında “əlaqəli şəxsi” sözləri ismin müvafiq hallarında “ona aidiyyəti olan şəxs” sözləri ilə əvəz edilsin;

7.6. 69.1.4-cü və 69.6-cı maddələrdə “əlaqəli şəxsi ilə” sözləri “ona aidiyyəti olan şəxslə” sözləri ilə əvəz edilsin.

8. 70-ci maddə üzrə:

8.1. adında “Əlaqəli” sözü “Aidiyyəti” sözü ilə əvəz edilsin;

8.2. 70.1-ci maddədə “əlaqəli şəxsi ilə” sözləri “ona aidiyyəti olan şəxslə” sözləri ilə əvəz edilsin;

8.3. 70.1.2-ci maddədə “əlaqəli” sözü “aidiyyəti” sözü ilə əvəz edilsin, həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 70.1.3-cü, 70.1.4-cü, 70.2-ci və 70.3-cü maddələr əlavə edilsin:

“70.1.3. aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə sığortaçı tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların Ümumi Yığıncağının sadə səs çoxluğu ilə qəbul edilən qərarı olduqda;

70.1.4. aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5 faizədək hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin sığortaçının nizamnaməsi ilə səhmdarların Ümumi Yığıncağına və ya İdarə Heyətinə həvalə edildiyi hallar istisna olmaqla, Direktorlar Şurasının qərarı olduqda.

70.2. Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, habelə sığortaçının struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

70.3. Aidiyyəti şəxslərlə əqdlərin bağlanılmasının digər qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən olunur.”.

9. 71-ci maddə üzrə:

9.1. adında “Əlaqəli” sözü “Aidiyyəti” sözü ilə əvəz edilsin;

9.2. 71.1-ci maddədə “əlaqəli şəxsi ilə” sözləri “ona aidiyyəti olan şəxslə” sözləri ilə, “sığortaçının əlaqəli şəxsi olmayan tərəfə” sözləri “sığortaçıya aidiyyəti olmayan şəxsə” sözləri ilə əvəz edilsin;

9.3. 71.2-ci maddədə “əlaqəli şəxsinə” sözləri “ona aidiyyəti olan şəxsə” sözləri ilə, “əlaqəli şəxsi olmayan tərəfə” sözləri “ona aidiyyəti olmayan şəxsə” sözləri ilə əvəz edilsin;

9.4. 71.2.1-ci maddədə “əlaqəli şəxsi ilə” sözləri “ona aidiyyəti olan şəxslə” sözləri ilə, “sığortaçının əlaqəli şəxsi” sözləri “sığortaçıya aidiyyəti olan şəxs” sözləri ilə əvəz edilsin;

9.5. 71.2.2-ci və 71.2.3-cü maddələrdə ismin müvafiq hallarında “sığortaçının əlaqəli şəxsi” sözləri ismin müvafiq hallarında “sığortaçıya aidiyyəti olan şəxs” sözləri ilə əvəz edilsin;

9.6. 71.2.4-cü maddədə “əlaqəli şəxs olmayan tərəflə” sözləri “sığortaçıya aidiyyəti olmayan şəxslə” sözləri ilə, “əlaqəli şəxsinin” sözləri “ona aidiyyəti olan şəxsin” sözləri ilə əvəz edilsin;

9.7. 71.3-cü maddədə “əlaqəli şəxsi olmayan tərəfə” sözləri “ona aidiyyəti olmayan şəxsə” sözləri ilə, “əlaqəli şəxsi ilə” sözləri “ona aidiyyəti şəxslə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 may 2016-cı il.

 

2 İyun 2016, 09:06

http://www.azertag.net

71—80 / 10511

23 Fevral 2023, 16:02

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Fevral 2023, 16:02

Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Fevral 2023, 16:02

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Fevral 2023, 16:02

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

M.M.Abbaszadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Fevral 2023, 15:02

A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Fevral 2023, 14:02

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...