Azərbaycan Respublikasının Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı bəzi məsələlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 166-VQ nömrəli Qanununa uyğun olaraq qərara alıram:

 

1. Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasında Azərbaycan Respublikasından rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ rəhbər isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilsin və onlara həmin Bankda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı Asiya İnfrastruktur İnvestisiya Bankının ehtiyatlarının və digər aktivlərinin Azərbaycan Respublikasının milli valyutasında depozitarı müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı müvafiq abunə kapitalının ödənilməsi üçün maliyyə vəsaitinin ayrılmasını təmin etsin;

3.2. “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 iyun 2016-cı il.

2 İyun 2016, 09:06

http://www.azertag.net

7581—7590 / 10511

16 Dekabr 2015, 09:12

Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında   ətraflı...

16 Dekabr 2015, 09:12

Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinə “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

16 Dekabr 2015, 09:12

Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

14 Dekabr 2015, 15:12

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında   ətraflı...

14 Dekabr 2015, 15:12

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

14 Dekabr 2015, 15:12

O.S.Sultanovun Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilməsi haqqında   ətraflı...

14 Dekabr 2015, 15:12

M.Q.Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında   ətraflı...

14 Dekabr 2015, 15:12

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında   ətraflı...

14 Dekabr 2015, 15:12

Ə.C.Əliyevin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilməsi haqqında   ətraflı...

14 Dekabr 2015, 15:12

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında   ətraflı...