“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 3 mart tarixli 119 nömrəli Fərmanında və bəzi sərəncamlarında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:
1. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 mart tarixli 119 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 240, № 9, maddə 1027) 3-cü hissəsində “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 582; 2010, № 2, maddə 80) ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın II hissəsinin 8-ci, 13-cü və 19-cu bəndlərinin “İcra orqanları” sütununda “Azərenerji” Səhmdar Cəmiyyəti” sözləri “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 125 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 85, № 11, maddə 886; 2010, № 7, maddə 610; 2011, № 2, maddə 85; 2014, № 2, maddə 112, № 5, maddə 477) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın 2.3.1-ci yarımbəndinin “İcraçı qurumlar” sütununda “Azərenerji” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli 1408 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 226; 2014, № 9, maddə 1112) ilə təsdiq edilmiş Əlavə № 2 - “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın 5-ci hissəsinin - “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı”nın 4.1-ci bəndinin “İcraçı” sütununda “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 45, № 7, maddə 870, № 9, maddə 1027) ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 2.1.2-ci, 2.2.2-ci, 2.3.2-ci, 2.4.2-ci, 2.5.2-ci, 2.6.2-ci, 2.7.2-ci, 2.8.2-ci, 2.9.2-ci, 2.10.2-ci, 2.11.2-ci, 2.12.2-ci və 2.12.5-ci yarımbəndlərinin “İcraçılar” sütununda “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2016-cı il.
2 İyun 2016, 09:0622 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin qeydə alınması barədə ətraflı...
22 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması barədə ətraflı...
22 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə ətraflı...
22 Avqust 2016, 09:08
Mərkəzi Seçki Komissiyasının 17 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
19 Avqust 2016, 09:08
Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında ətraflı...
18 Avqust 2016, 09:08
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında ətraflı...
18 Avqust 2016, 09:08
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin təşkilinə dair ətraflı...
18 Avqust 2016, 09:08
Mərkəzi Seçki Komissiyasının 4 avqust 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
18 Avqust 2016, 09:08
Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında ətraflı...
17 Avqust 2016, 09:08
S.S.Eyvazova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında ətraflı...