“Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014 cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118) aşağıdakı dəyişikliklər edilsin:
1. Adından, preambuladan, 1-ci, 2-ci və 3-cü (hər iki halda) hissələrdən “və Sənaye” sözləri çıxarılsın.
2. 3-cü hissədə “172” rəqəmləri “199” rəqəmləri ilə əvəz edilsin.
3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə” üzrə:
3.1. adından və 1.1-ci bənddən “və Sənaye” sözləri çıxarılsın;
3.2. 1.1-ci bəndə “daxili ticarət” sözlərindən əvvəl “dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması,” sözləri əlavə edilsin;
3.3. 2.0.3-cü və 3.0.8-ci yarımbəndlərdən “, dövlət satınalmaları” sözləri çıxarılsın;
3.4. aşağıdakı məzmunda 2.0.8-1-ci və 3.0.46-1-ci yarımbəndlər əlavə edilsin:
“2.0.8-1. dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlayır və həyata keçirilməsini təmin edir;”;
“3.0.46-1. dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlamaq, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini Nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək;”;
3.5. 5.3-cü bəndin birinci cümləsindən “və sənaye” sözləri çıxarılsın;
3.6. 5.5.5-ci yarımbəndə “digər qurumların” sözlərindən sonra “(strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla)” sözləri əlavə edilsin.
4. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin strukturu”nun adından, 1-ci, 2-ci və 4-cü hissələrindən “və Sənaye” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2016-cı il.
23 May 2016, 09:05
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin işçilərinə fəxri adlar verilməsi haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına ətraflı...
22 Oktyabr 2014, 09:10
Kristof dö Marjerinin ailəsinə ətraflı...
22 Oktyabr 2014, 09:10
Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”Sazişin təsdiq edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə ətraflı...