Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 186) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci bəndin ikinci abzasına “vətəndaşların” sözündən sonra “, o cümlədən müraciət edən digər fiziki və hüquqi şəxslərin (bundan sonra – vətəndaşların)” sözləri əlavə edilsin və həmin abzasda “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının 1997-ci il 10 iyul tarixli Qanununa” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa” sözləri ilə əvəz edilsin.
2. 92-ci bəndin birinci abzasında “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının 1997-ci il 10 iyul tarixli Qanununa” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa” sözləri ilə əvəz edilsin.
3. 108-ci bənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının 1997-ci il 10 iyul tarixli Qanununun” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2016-cı il.
23 May 2016, 09:0515 Aprel 2015, 09:04
Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
14 Aprel 2015, 09:04
Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
13 Aprel 2015, 09:04
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
13 Aprel 2015, 09:04
“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 13 fevral tarixli 1196-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
13 Aprel 2015, 09:04
“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
10 Aprel 2015, 09:04
İnşaat işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
10 Aprel 2015, 09:04
İnşaat işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
10 Aprel 2015, 09:04
E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında ətraflı...
10 Aprel 2015, 09:04
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
9 Aprel 2015, 09:04
Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında ətraflı...