Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli, 2016-cı il 1 fevral tarixli 123-VQD nömrəli, 4 mart tarixli 137-VQD və 171-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 43.1-ci maddədə “227,” rəqəmlərindən sonra “227-1,” rəqəmləri əlavə edilsin;

1.2. 157-ci maddədə “beş yüz manatdan min” sözləri “üç yüz manatdan beş yüz” sözləri ilə əvəz edilsin;

1.3. 227-ci maddədə:

1.3.1. “yüz” sözündən əvvəl (hər iki halda) “iki” sözü əlavə edilsin;

1.3.2. “Qeyd” hissəsində “otuz” sözü “yüz” sözü ilə əvəz edilsin;

1.4. Aşağıdakı məzmunda 227-1-ci maddə əlavə edilsin:

“Maddə 227-1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma

Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan az miqdarda ziyan vurma— beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

 

Qeyd:

Bu maddədə “az miqdarda” dedikdə, üç min manatdan yuxarı olmayan məbləğ başa düşülür.”;

1.5. 398-ci maddədə:

1.5.1. “qeydiyyatına” sözündən sonra “(vergi uçotuna)” sözləri əlavə edilsin;

1.5.2. “Qeyd” hissəsinin mətni 1-ci bənd hesab edilsin və həmin bənddə “411-413” rəqəmlərindən sonra “,415” rəqəmləri, “min” sözündən əvvəl “iyirmi” sözü əlavə edilsin;

1.5.3. “Qeyd” hissəsinə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilsin:

“2. Bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.”;

1.6. 401.1 və 401.2-ci maddələrdə “min beş yüz manatdan iki” sözləri “üç min manatdan dörd” sözləri ilə əvəz edilsin;

1.7. 402-ci maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd:

Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.”;

1.8. 406, 407, 412, 419, 420 və 431-ci maddələrin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.”;

1.9. 413-cü maddədə “fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə” sözləri “inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda” sözləri ilə əvəz edilsin;

1.10. 415-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.”;

1.11. 420-ci maddənin “Qeyd” hissəsinin 2-ci bəndində və 431-ci maddənin “Qeyd” hissəsində “yeddi min manatadək olan” sözləri “yüz min manatdan yuxarı olmayan” sözləri ilə əvəz edilsin;

1.12. 428.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

“fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.”;

1.13. 447-ci maddənin “Qeyd” hissəsində “qırx manatadək olan” sözləri “yüz manatdan yuxarı olmayan” sözləri ilə əvəz edilsin;

1.14. 449-cu maddənin “Qeyd” hissəsində “min manatadək olan” sözləri “iyirmi min manatdan yuxarı olmayan” sözləri ilə əvəz edilsin;

1.15. 460-cı və 505-ci maddələrin “Qeyd” hissələrində:

1.15.1. hissənin mətni 1-ci bənd hesab edilsin və “iki min manatadək olan” sözləri “iyirmi min manatdan yuxarı olmayan” sözləri ilə əvəz edilsin;

1.15.2. aşağıdakı məzmunda 2-ci bənd əlavə edilsin:

“2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.”;

Maddə 2. Bu Qanun 2016-cı il iyunun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 may 2016-cı il.

23 May 2016, 09:05

http://www.azertag.net

7001—7010 / 10511

19 Aprel 2016, 09:04

Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında   ətraflı...

19 Aprel 2016, 09:04

"Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

19 Aprel 2016, 09:04

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

19 Aprel 2016, 09:04

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 190-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

19 Aprel 2016, 09:04

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

19 Aprel 2016, 09:04

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 181-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

19 Aprel 2016, 09:04

K.İ.Həsənovun Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

18 Aprel 2016, 09:04

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının yenidən təşkil edilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə   ətraflı...