2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 may 2016-cı il tarixli 02 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov İlqar Eldar oğlunun səlahiyyətli nümayəndəsi Cəfərov Natiq Mehman oğlu 2016-cı il mayın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, dairə seçki komissiyasının İ.E.Məmmədovun namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair 11 may 2016-cı il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və onun həmin seçki dairəsindən namizədliyinin qeydə alınmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində müraciət etmiş səlahiyyətli nümayəndə ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, iclasda iştirak etməyə dəvət edilmişdir. O, iclasda iştiraka dəvət edilsə də iştirak etməmişdir.
Ərizəşi şikayətini onunla əsaslandırmışdır ki, dairə seçki komissiyası namizədin qeydə alınmasından imtina barədə qərar qəbul edərkən Şəki Apellyasiya Məhkəməsinin 29 aprel 2016-cı il tarixli qərarı ilə İ.E.Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmünün qüvvədə saxlanılması nəticəsində yaranmış hüquqi nəticəni yanlış olaraq əsas götürərək namizədin qeydə alınmasından qanunsuz imtina etmişdir. Dairə seçki komissiyası İ.E.Məmmədovun həmin məhkəmənin müvafiq hökmü ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və azadlıqdan məhrumetmə yerində cəza çəkməsini əsas götürərkən namizəd barəsində daha üstün hüquqi qüvvəyə malik olan və onun vəziyyətini yüngülləşdirən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarını nəzərə almamışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyinin öz təşəbbüsü ilə irəli sürülməsi barədə Bildirişi və namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün digər sənədləri dairə seçki komissiyasına 25 aprel 2016-cı ildə daxil olmuş, Seçki Məcəlləsi ilə namizədliyin təsdiq edilməsi üçün 5 (beş) gün müddət nəzərdə tutulmasına baxmayaraq, İ.E.Məmmədovun Penitensiar Müəssisədə saxlanılması səbəbindən ona daha münasib şərait yaradılması məqsədilə dairə seçki komissiyası müraciətə mümkün qədər tez - 3 (üç) gün müddətində baxaraq, 28 aprel 2016-cı il tarixli, 6/17 saylı qərarı ilə iddiaçının namizədliyinin irəli sürülməsini təsdiq etmişdir. Həmin qərar dərhal səlahiyyətli nümayəndəyə göndərilmiş və bu barədə ona telefonla məlumat verilmişdir. 3 may 2016-cı ildə dairə seçki komissiyası tərəfindən namizədin səlahiyyətli nümayəndəsi N.M.Cəfərova namizədin müdafiəsi üçün lazımi saydan artıq seçici imzalarının toplanılmasını mümkün edən 11 (on bir) ədəd imza vərəqəsi verilmişdir. Həmin imza vərəqələri namizədin qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş zəruri sənədlər əlavə edilmədən heç bir seçici imzası toplanılmadan boş, doldurulmamış və təsdiq edilməmiş halda 5 may 2016-cı ildə özünü namizədin səlahiyyətli nümayəndəsinin köməkçisi kimi təqdim edən Ceyhun adlı şəxs tərəfindən dairə seçki komissiyasına qaytarılmışdır. Bununla bağlı dairə seçki komissiyası tərəfindən 6 may 2016-cı ildə namizədin səlahiyyətli nümayəndəsi N.M.Cəfərova yazılı müraciət edilmiş və ona təqdim edilmiş imza vərəqələrinin dairə seçki komissiyasına buna səlahiyyəti olmayan şəxs tərəfindən gətirilməsi barədə məlumat verildikdən sonra səlahiyyətli nümayəndə 8 may 2016-cı ildə komissiyaya gələrək imza vərəqələrinin boş və doldurulmamış vəziyyətdə qaytarılmasının onun tapşırığına əsasən edildiyini bildirmişdir. Dairə seçki komissiyası tərəfindən, ona, imza toplanılması üçün kifayət qədər vaxtın qalması bildirilərək imza vərəqələrinin imza toplanılması məqsədilə götürülməsi və mövcud zamandan səmərəli istifadə təklif edilsə də, o, imza vərəqələrinin həmin vəziyyətdə (boş və doldurulmamış) dairə seçki komissiyasına qaytarılmasında israrlı olduğundan, səlahiyyətli nümayəndənin iştirakı ilə müvafiq akt tərtib edilməklə komissiyaya təhvil verilmiş və bu barədə ona müvafiq arayış təqdim edilmişdir.
Göstərilənlərlə müəyyən olunur ki, iddiaçının namizədliyinin qeydə alınması üçün onlara imza toplanılması və Seçki Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərin (seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi, namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat, namizədin ilkin maliyyə hesabatı) təqdim edilməsi üçün yaradılmış imkandan könüllü istifadə olunmamışdır.
Dairə seçki komissiyası namizədin qeydiyyatından imtina barədə qərarını əsaslandırarkən ümumən düzgün nəticəyə gəlsə də, qərarın qəbul edilməsi üçün mövcud əsasları natamam tətbiq etdiyindən həmin qərarın ləğv edilməsi üçün zəmin yaranmışdır. Belə ki, yuxarıda qeyd edilənlərdən görünür ki, namizədin qeydə alınması üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsi Seçki Məcəlləsinin tələblərinə görə namizədin qeydə alınmasından imtina üçün ilkin əsas kimi götürülməli olduğu halda, dairə seçki komissiyası həmin məsələni öz qərarında müzakirə etsə də, imtinanın əsası kimi namizədin yalnız ağir cinayətə görə məhkumluğuna və cəzaçəkmə yerində saxlanılmasına istinad etməklə qanunvericiliyin müddəalarını natamam tətbiq etmişdir. Bu isə dairə seçki komissiyası qərarının ləğv edilməsi və yeni qərarın qəbul edilməsi üçün hüquqi əsas yaratmışdır.
Dairə seçki komissiyasının istinad etdiyi əsaslarla yanaşı Seçki Məcəlləsinin 60.2.2-ci maddəsinə görə bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması da namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasdır.
Beləliklə, Cəfərov Natiq Mehman oğlunun 16 may 2016-cı tarixli, 02 saylı müraciəti qismən təmin edilməli, dairə seçki komissiyasının 11 may 2016-cı il tarixli 9/31 saylı qərarı ləğv olunmalı və namizədin qeydə alınması üçün Seçki Məcəlləsinin 57-ci və 58-ci maddələrində nəzərdə tutulan zəruri sənədlərin təqdim edilməməsi və barəsində olan məhkəmə qərarının yaratdığı hüquqi nəticələr namizədliyin qeydə alınmasını mümkünsüz etdiyindən, İ.E.Məmmədovun namizəd kimi qeydə alınmasından imtina edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov İlqar Eldar oğlunun səlahiyyətli nümayəndəsi Cəfərov Natiq Mehman oğlunun 16 may 2016-cı tarixli, 02 saylı müraciəti qismən təmin edilsin, dairə seçki komissiyasının 11 may 2016-cı il tarixli 9/31 saylı qərarı ləğv edilsin.
2. Qərarın əsaslandırıcı hissəsində göstərilən səbəblərdən namizədin qeydə alınması mümkünsüz olduğundan İ.E.Məmmədovun namizəd kimi qeydə alınmasından imtina edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
20 May 2016, 09:05
25 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında ikitərəfli hərbi-texniki əməkdaşlığın gedişində istifadə edilən və əldə edilmiş əqli fəaliyyətin nəticələrinə hüquqların qarşılıqlı mühafizəsi haqqında 4 dekabr 2006-cı il tarixli Sazişdə dəyişiklik edilməsi barədə Protokolun təsdiqi haqqında ətraflı...
25 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə ətraflı...
25 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda dəyişiklik edilməsi haqqında ətraflı...
25 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “TURAZ Şahini təlimləri” üçün Sahib Ölkə dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
25 Dekabr 2015, 09:12
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Hava hücumundan müdafiə təlimi” üçün Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
24 Dekabr 2015, 09:12
R.E.Məmmədovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
24 Dekabr 2015, 09:12
H.S.Zeynalovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
24 Dekabr 2015, 09:12
Ş.Ş.Abdullayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında ətraflı...
24 Dekabr 2015, 09:12
V.İ.Sadıqovun Azərbaycan Respublikasının İtaliya Respublikasında və eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında ətraflı...
24 Dekabr 2015, 09:12
E.Z.Kərimovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında ətraflı...