2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 may 2016-cı il tarixli 01 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov İlqar Eldar oğlunun səlahiyyətli nümayəndəsi Cəfərov Natiq Mehman oğlu 2016-cı il mayın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı şikayət verərək, dairə seçki komissiyasının İ.E.Məmmədovun namizədliyinin ləğv olunmasına dair (itirilməsinə dair) qərarın verilməməsinin qanunsuz hesab edilməsini və həmin qərarın verilməsinin dairə seçki komissiyasına həvalə edilməsini xahiş etmişdir. Həmin tarixdə onun tərəfindən verilmiş şikayətin əsaslarının və tələbinin dəyişdirilməsinə dair şikayətə etdiyi əlavədə isə 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının İ.E.Məmmədovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi qərarının ləğv olunmasına dair 8 may 2016-cı il tarixli qərarının (hərəkətinin) ləğv edilməsini (aradan qaldırılmasını) və İ.E.Məmmədovun həmin seçki dairəsindən namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş səlahiyyətli nümayəndə ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, iclasda iştirak etməyə dəvət edilmişdir. O, iclasda iştirak etmək arzusunda olduğunu bildirsə də, iclasa gəlməmişdir.

Səlahiyyətli nümayəndə N.M.Cəfərov şikayətində göstərmişdir ki, İ.E.Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə İ.E.Məmmədovun namizədliyi özü tərəfindən irəli sürülmüş və dairə seçki komissiyası tərəfindən namizədliyi təsdiq edilərək 3 may 2016-cı ildə səlahiyyətli nümayəndəyə imza vərəqələri verilmişdir. Bu ərəfədə Şəki Apellyasiya Məhkəməsinin 29 aprel 2016-cı il tarixli qərarı ilə İ.E.Məmmədov barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü qüvvədə saxlanılmışdır. 5 may 2016-cı ildə Mərkəzi Seçki Komissiyası Katibliyinın Media və ictimai əlaqələr şöbəsinin İ.E.Məmmədovla bağlı mətbuata açıqlaması yayılmışdır. Həmin açıqlamada deyilir ki, aprelin 28-də İ.E.Məmmədovun deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilmiş və onun səlahiyyətli nümayəndəsinə imza vərəqələri verilmişdir. Buna qədər İ.E.Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İ.E.Məmmədov barəsində hökm qanuni qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinə əsasən İ.E.Məmmədov bununla da passiv seçki hüququnu itirib. Bundan sonra dairə seçki komissiyası tərəfindən imza vərəqələri geri tələb edilmiş və onlar aktla geri təhvil verilmişdir. Lakin buna baxmayaraq, dairə seçki komissiyası tərəfindən hər hansı bir qərar verilməmişdir. Eyni zamanda Mərkəzi Seçki Komissiyası tərəfindən də rəsmi qərarın olub-olmaması məlum deyil.

Araşdırma ilə müəyyən edilmişdir ki, Şəki Penitensiar Müəssisəsində saxlanılan İ.E.Məmmədovun 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyini öz təşəbbüsü ilə irəli sürülməsi barədə Bildirişi və digər sənədləri dairə seçki komissiyasına 25 aprel 2016-cı ildə daxil olmuş, Seçki Məcəlləsi ilə namizədliyin təsdiq edilməsi üçün 5 (beş) gün müddət nəzərdə tutulmasına baxmayaraq dairə seçki komissiyası 3 (üç) gün müddətində, 28 aprel 2016-cı ildə 6/17 saylı qərarı ilə İ.E.Məmmədovun namizədliyinin irəli sürülməsini təsdiq etmiş, həmin qərarı dərhal səlahiyyətli nümayəndəyə göndərmiş və bu barədə ona telefonla məlumat vermişdir. 3 may 2016-cı ildə dairə seçki komissiyası tərəfindən namizədin səlahiyyətli nümayəndəsi N.M.Cəfərova namizədin müdafiəsi üçün seçici imzalarının toplanılması məqsədi ilə 11 (on bir) ədəd imza vərəqəsi verilmişdir.

Araşdırma ilə bağlı 90 saylı Ağdaş seçki dairəsinin dairə seçki komissiyası tərəfindən təqdim olunmuş 13 may 2016-cı il tarixli 38 saylı məktubda göstərilir ki, namizədin müdafiəsi məqsədi ilə imza toplanılması üçün İ.E.Məmmədovun səlahiyyətli nümayəndəsi N.M.Cəfərova verilmiş 11 ədəd imza vərəqələri boş, doldurulmamış və imza edilməmiş halda 5 may 2016-cı ildə özünü N.M.Cəfərovun köməkçisi kimi təqdim edən Ceyhun adlı şəxs tərəfindən dairə seçki komissiyasına qaytarılmışdır. Bununla bağlı dairə seçki komissiyası tərəfindən 6 may 2016-cı ildə namizədin səlahiyyətli nümayəndəsi N.M.Cəfərova məktubla müraciət edilmiş və ona təqdim edilmiş imza vərəqələrinin dairə seçki komissiyasına səlahiyyət verilməmiş şəxs tərəfindən gətirilməsi barədə məlumat verilərək, qanunvericiliyin tələblərinə uyğun qaydada məsələyə münasibət bildirilməsi xahiş edilmişdir.

Araşdırma ilə daha sonra müəyyən edilmişdir ki, deputatlığa namizəd İ.E.Məmmədovun imza vərəqələrinin boş və doldurulmamış vəziyyətdə dairə seçki komissiyasına qaytarılması barədə məlumatlı olan KİV nümayəndələri 5 may 2016-cı ildə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinə müraciət edərək təkidlə bu barədə açıqlama verilməsini xahiş etmiş və bunun səbəbləri ilə maraqlanmışlar. Mətbuata açıqlamada göstərilib ki, aprelin 25-də İ.E.Məmmədovun namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasına təqdim edilmiş, komissiya operativ qaydada bu sənədlərə baxıb və aprelin 28-də namizədliyin irəli sürülməsini təsdiq etmiş, digər seçki subyektləri kimi ona da köməklik göstərilmişdir. Daha sonra, passiv seçki hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci maddələrində və Seçki Məcəlləsinin 13.3.1-ci, 13.3.2-ci maddələrində nəzərdə tutulmuş hallar qeyd edilməklə, imza vərəqələrinin dairə seçki komissiyasına boş və doldurulmamış şəkildə qaytarılmasının Şəki Apellyasiya Məhkəməsinin 29 aprel 2016-cı il tarixli qərarına əsasən İ.E.Məmmədovun barəsində olan hökmün qüvvəyə minməsi ilə əlaqəli ola bilməsi diqqətə çatdırılmışdır.

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının yuxarıda qeyd edilən məktubunda daha sonra göstərilir ki, səlahiyyətli nümayəndə N.M.Cəfərov 8 may 2016-cı ildə dairə seçki komissiyasına gəlmiş və imza vərəqələrinin boş və doldurulmamış vəziyyətdə qaytarılmasının onun tapşırığı əsasında olduğunu bildirmişdir. Dairə seçki komissiyası tərəfindən ona imza toplanılması üçün kifayət qədər vaxtın olması bildirilərək, imza vərəqələrinin geri götürülməsi təklif olunsa da, o, imza vərəqələrinin həmin vəziyyətdə (boş və doldurulmamış) dairə seçki komissiyasına qaytarılmasında israrlı olmuş, bundan sonra 11 ədəd imza vərəqəsini həmin vəziyyətdə dairə seçki komissiyasına təhvil verilməsi barədə akt tərtib edilməklə imza vərəqələri qəbul edilmiş, səlahiyyətli nümayəndə həmin aktı imzalamış və bu barədə ona qanunvericiliklə müəyyən edilmiş qaydada və formada arayış verilmişdir.

Göstərilənlərlə müəyyən olunur ki, dairə seçki komissiyası tərəfindən İ.E.Məmmədovun vəziyyəti nəzərə alınaraq, operativ qaydada onun namizədliyi təsdiq edilmiş, hətta 29 aprel 2016-cı ildə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində olan hökmün qüvvədə saxlanılmasına baxmayaraq, 3 may 2016-cı ildə onun səlahiyyətli nümayəndəsinə imza vərəqələri verilmiş və namizədin müdafiəsi üçün imzatoplama və qeydiyyat üçün zəruri sənədlərin təqdim edilməsi ilə əlaqədar müvafiq şərait yaradılmışdır. Ancaq onlar yaradılmış bu şəraitdən istifadə etməmiş, səlahiyyətli nümayəndə tərəfindən 8 may 2016-cı ildə imza vərəqələri (11 ədəd) heç bir seçici imzası toplanılmadan, boş və doldurulmamış şəkildə qaytarılmış, həmçinin namizədin qeydə alınması üçün Seçki Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərin - seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi, namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat, namizədin ilkin maliyyə hesabatının ümumiyyətlə dairə seçki komissiyasına təqdim edilməməsi Seçki Məcəlləsinin 60-cı maddəsində, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsində, 85-ci maddəsində, Seçki Məcəlləsinin 13.3.1-ci və 13.3.2-ci maddələrində nəzərdə tutulmuş hallar onun namizədliyinin qeydə alınmasını mümkünsüz etmiş və bu barədə dairə seçki komissiyası 11 may 2016-cı ildə müvafiq qərar qəbul etmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, 90 saylı Ağdaş seçki dairəsinin dairə seçki komissiyası tərəfindən İ.E.Məmmədovun namizədliyinin təsdiq edilməsi barədə dairə seçki komissiyasının 28 aprel 2016-cı il tarixli 6/17 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməmişdir. Beləliklə, səlahiyyətli nümayəndə N.M.Cəfərovun müraciəti mövcud olmayan qərarın ləğv edilməsinə dair tələbi hissəsində əsassız olduğundan, dairə seçki komissiyasının namizədliyin təsdiq edilməsinə dair ləğv edilməmiş 28 aprel 2016-cı il tarixli 6/17 saylı qərarın qüvvədə saxlanılması hissəsində isə, seçki qanunvericiliyində ləğv edilməmiş qərarın qüvvədə saxlanılması üçün qərar qəbul edilməsi nəzərdə tutulmadığından təmin edilməməlidir.

Göstərilənlərə əsasən səlahiyyətli nümayəndə N.M.Cəfərovun müraciəti təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov İlqar Eldar oğlunun səlahiyyətli nümayəndəsi Cəfərov Natiq Mehman oğlunun 11 may 2016-cı tarixli 01 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

16 May 2016, 09:05

http://www.azertag.net

3331—3340 / 10511

17 Oktyabr 2018, 08:10

Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Oktyabr 2018, 08:10

Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 Oktyabr 2018, 08:10

Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 Oktyabr 2018, 08:10

Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 Oktyabr 2018, 08:10

Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 Oktyabr 2018, 08:10

Lənkəran rayonunun Şıxakəran kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

16 Oktyabr 2018, 08:10

Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...