2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99.1-99.4-cü, 99.6-cı və 166-cı maddələrinə görə seçki bülletenlərinin mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci 35 gün qalmış təsdiq edilməli, qeydə alınmış seçicilərin sayından 3 faizdən artıq olmamaq şərtilə səsvermə gününə ən azı 10 gün qalmış Mərkəzi Seçki Komissiyası nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.
90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə istifadə ediləcək seçki bülletenləri ilə əlaqədar yuxarıda göstərilən qayda və şərtlər əsas götürülməli, həmin seçki dairəsi üzrə bülletenlərin bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnməli, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilməli, qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar (siyasi partiya blokları) tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı və emblemi, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilməli, seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faizdən artıq olmamaqla, Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlanmalıdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.6-cı, 25.2.11-ci, 28.2-ci, 28.4-cü, 99-cu və 166-cı maddələrinə uyğun olaraq qərara alır:
1. 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə həmin seçki dairəsi üçün bir-bir və ardıcıl olaraq kəsilən yuxarı sol küncü nömrələnmiş, namizədlər barəsində məlumatlardan sağda boş kvadrat, yuxarıda doldurulması qaydası haqqında izah, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə isə ləğvetmə xətti yerləşdirilmiş, habelə qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü), onları irəli sürmüş subyektlərin adı, siyasi partiyalar (siyasi partiya blokları) tərəfindən namizədliyi irəli sürülən qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı və emblemi, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülən qeydə alınmış namizədin öz arzusu ilə partiya mənsubiyyəti göstərilmiş seçki bülleteninin mətni və forması təsdiq edilsin.
2. Seçki bülletenlərinin sayı cəmi 41.409 (qırx bir min dörd yüz doqquz) ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.
3. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsinə həvalə edilsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16 May 2016, 09:0528 Oktyabr 2014, 09:10
Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
27 Oktyabr 2014, 09:10
E.M. Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
27 Oktyabr 2014, 09:10
Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova ətraflı...
27 Oktyabr 2014, 09:10
Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Haynts Fişerə ətraflı...
23 Oktyabr 2014, 09:10
Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə ətraflı...
22 Oktyabr 2014, 09:10
23 dekabr 2014-cü il ilə təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrəəsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə ətraflı...