“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40) 11-ci maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

“3-1) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymasına;”.

2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4) yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 aprel 2016-cı il.

13 May 2016, 09:05

http://www.azertag.net

5171—5180 / 10511

12 İyun 2017, 09:06

Ağstafa rayonunun Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

12 İyun 2017, 09:06

Abşeron rayonunun Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

12 İyun 2017, 09:06

B.H.Rzayevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

9 İyun 2017, 09:06

Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

9 İyun 2017, 09:06

Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

8 İyun 2017, 09:06

Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

7 İyun 2017, 09:06

Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

6 İyun 2017, 10:06

2017-ci ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair SİYAHI   ətraflı...

6 İyun 2017, 10:06

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

6 İyun 2017, 10:06

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...