“Gəncə - 2016-cı il Avropa gənclər paytaxtı” layihəsinin açılış mərasiminin iştirakçılarına

Hörmətli toplantı iştirakçıları!

 

Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi münasibətilə hər birinizi və sizin simanızda bütün gənclərimizi səmimi qəlbdən təbrik edirəm. Avropanın müxtəlif ölkələrini təmsil edən qonaqları salamlayır, “Azərbaycana xoş gəlmisiniz!” deyirəm.

Korifey sənətkarların, görkəmli elm və dövlət xadimlərinin yurdu olan Gəncə öz zəngin keçmişi, təkrarolunmaz maddi və mənəvi mədəniyyət abidələri ilə məşhurdur. Son illər həyata keçirilən tədbirlər nəticəsində bu tarixi diyarın görkəmi xeyli dəyişmiş, infrastrukturu əsaslı şəkildə yenilənmişdir. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilmişdir.

Avropa ilə Asiyanın, xristian və müsəlman sivilizasiyalarının qovuşduğu məkanda yerləşən Azərbaycan Respublikası unikal coğrafi mövqeyə malikdir. Tolerantlıq və multikulturalizm bütün tarix boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin ayrılmaz dəyərləri olmuşdur. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Bu baxımdan, Gəncənin “Avropa gənclər paytaxtı” seçilməsi tamamilə təbii və qanunauyğun bir haldır. Şübhəsiz, şəhərimizin belə nüfuzlu ada layiq görülməsində gənclər siyasəti sahəsində qazanılmış uğurlar, ölkəmizdəki gənclər təşkilatlarının uyğun profilli beynəlxalq platformalarla sıx əməkdaşlığı, region, qitə və dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməyimiz də mühüm rol oynayıb.

2016-cı il ərzində Gəncə ölkə və qitə gənclərinin ən çox üz tutacağı, layihə həyata keçirəcəyi məkanlardan biri olacaq. Bu isə Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, tarix və mədəniyyətimizin, müstəqillik illərində qazandığımız nailiyyətlərin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edəcəkdir. Mən Gəncədəki tədbirlərin reallaşmasına kömək göstərmək məqsədilə xüsusi sərəncam imzalamış, aidiyyəti nazirliklərə, dövlət komitələrinə və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna müvafiq tapşırıqlar vermişəm. Şübhə etmirəm ki, nəzərdə tutulmuş bütün layihələr dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının birgə səyi ilə yüksək səviyyədə icra ediləcək, Gəncə şəhəri “Avropa gənclər paytaxtı” adına layiq olduğunu əyani şəkildə nümayiş etdirəcəkdir. Bu yolda hamınıza uğurlar arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 may 2016-cı il.

5 May 2016, 10:05

http://www.azertag.net

7391—7400 / 10511

28 Yanvar 2016, 09:01

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

28 Yanvar 2016, 09:01

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 89-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

28 Yanvar 2016, 09:01

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

28 Yanvar 2016, 09:01

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 90-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

28 Yanvar 2016, 09:01

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Yanvar 2016, 09:01

“Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 65-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

28 Yanvar 2016, 09:01

“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 64-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

28 Yanvar 2016, 09:01

“Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

28 Yanvar 2016, 09:01

“Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 56 VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

28 Yanvar 2016, 09:01

“Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...